BƏDƏL BƏDƏLOVUN “QAŞALTI” ƏMƏLİYYATI

BƏDƏL BƏDƏLOVUN “QAŞALTI” ƏMƏLİYYATI Ölkə mətbuatı naftalanlı Aslanov qardaşlarından və onların yeznələri Bədəl Bədəlovdan çox yazıb.

Mətbuatda yazılır ki, Goranboy və Naftalan ərazisindəki əsas gəlir mənbələri Aslanovların və SOCAR-ın vitse-prezidenti Bədəl Bədəlovun nəzarətindədir.

Məlumat üçün bildirək ki, Naftalan şəhər icra hakimiyyətinin başcısı Natiq Aslanov Bədəl Bədəlovun qaynıdır. 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Mahir Aslanov isə Natiq Aslanovun əmisi oğludur. Bildirilir ki, İcra başçısının vaxtilə çalışdığı “Kəpəz” firması Mahir Aslanova məxsusdur.
Ölkə mətbuatı dediymiz kimi Natiq Aslanovun məcaralarından dəfələrlə yazıb. Xüsusilə onun “neqodnı bileti” aldığından hərbi xidmətdə olmaması məsələsinə çox toxunulub. “Sözün düzü, bəzi rayon icra hakimiyyəti başçılarının tərcümeyi-halına ( söhbət icra hakimiyyətinin saytında yerləşdirilmiş rəsmi məlumatlardan gedir) hətta gözucu nəzər salanda xeyli “boşluq”ların olması diqqəti cəlb edir.
Məsələn, icra başçısının rəsmi avtobioqrafiyasında yazılır: İcra başçısı təyin olunanadək MÜXTƏLİF VƏZİFƏLƏRDƏ işləmişdir… Necə yəni müxtəlif vəzifələrdə..? Vəzifələrin ad, yeri, ünvanı yoxdur..? Yaxud böyük bir rayonun icra başçısının tərcümeyi-halında qeyd olunur: Filan ali məktəbi bitirmişdir… Bu necə məlumatdır..? Neçənci ildə ali məktəbə daxil olub, neçənci ildə bitirib..? Yaxud icra başçısının tərcümeyi-halında onun hərbi qulluqda olub-olmaması barədə bircə kəlmə də yazılmır. Bir adam ki, vətən qarşısında borcunu verməyib, onun şəhər rəhbəri olması hansı məntiqə uyğundur.? Həm də bu “Dövlət qulluğu haqqında” Qanuna birbaşa ziddir. Axı, bu məlumatlar niyə gizlədilir..?

Natiq Aslanovun icra hakimiyyətinin saytındakı ömürlüyünə, yəni tərcümeyi-halına nəzər saldıq: “1976-cı ildə Naftalan şəhərində anadan olumuşdur. 1998-ci ildə Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. 2000-ci ildən 2004-cü ilə kimi “Kəpəz” firmasında alqı-satqı üzrə menecer, 2004-2010-cu il tarixlərində “Tam İnşaat” MMC-nin direktoru vəzifəsində çalışıb. 2010-cu ildə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib”. Rəsmi tərcümeyi-halda hərbi qulluqla bağlı heç nə yazılmayıb. Niyə..? Hərbi qulluqda olubsa, bunu niyə yazmayıblar..? Hərbi qulluqda olmayıbsa, bunu da yazmaq olar. Ki, filan xəstəlik səbəbindən hərbi qulluqda olmayıb. Görəsən, icra başçısı 1998-ci ildə bitirdiyi Kənd Təsərrüfatı Akademiyasına neçənci ildə daxil olub..? İcra başçısının tərcümeyi-halından bəlli olur ki, bu şəxs 34 yaşında icra başçısı təyin olunub. Bu fakt az qala Ginnesin rekordlar kitabına düşə bilər. Görəsən, Natiq Aslanovun vətən və millət qarşısında hansı xidmətləri olub ki, gənc yaşında mühüm bir şəhərə rəhbər təyin olunub..?

Doğrudan da heç bir xidməti olmayan şəxs birdən-birə necə icra başçısı kreslosuna sahib olub..?

Ölkə mətbuatının yazdığına görə, Natiq Aslanovun icra başçısı təyin olunmağında ARDNŞ-in vitse-prezidenti Bədəl Bədəlovun əsas rolu olub. Bu yerdə adamın yadına “Həsənağanın qohumusan..?” sualı düşür. – Bilirsən? Mən Həsənağanın qohumuyam. – Doğrudan? Sən allah Həsənağanın qohumusan? – Vallah Həsənağanın qohumuyam – Sən Həzrət Abbas, Həsənağanın qohumusan? – Həzrət Abbas haqqı Həsənağanın qohumuyam – Deginən sən öl Həsənağanın adamıyam ? -Sən öl Həsənağanın adamıyam. – Onda gəl min boynuma!
Yox, bunlar Həsənağanın deyil, Bədəl Bədəlovun qohumlarıdır… “,-Natiq Aslanov haqda yazıların birində deyilir. Onun hərbi xidmətdə olmaya-olmaya cavan yaşında icra başçısı təyin olunması da cəmiyyətin aktiv üzvləri tərəfindən də tənqidlə qarşılanıb. Ancaq Naftalan camaatının dili ilə desək,“onun hərbi biletində “neqodnı” yazılmasına baxan kimdir…” Əsas onun yeznəsi Bədəl Bədəlovun könlünün öz qaynını doğma elində icra başçısı görmək istəyidir ki, bununla da söhbətə nöqtə qoyulub.
Amma gəlin baxaq görək Bədəl Bədəlov özü kim olub və onun neft sahəsində hansı nailiyyətlərinə görə onu SOCAR kimi böyük strateji şirkətə vitse-prezident təyin ediblər?!
Təkrarçılıq olmasın, Naftalan camaatının dili ilə desək elə Bədəl Bədəlov da qaynı Natiq Aslanovdan geri qalmayıb. Yəni, o özü də hərbidə olmayıb və güman edilir ki, Bədəl Bədəlov da hərbi xidmətdən “neqodnı” adı ilə yayınıb.
SOCAR-ın vitse-prezidentinin ilk fəaliyyəti Naftalanın Qaşaltı Qaraqoyunlu kəndində eşşək arabasında su daşıyıb satmaq olub. Bu yerdə lap məşhur “Əlibaba və qırx quldur” kinosu yadıma düşdü. Həmin kinofilimdə Əlibaba səhranı dolaşaraq 40 quldurun mağarasına rast gəlir. Mağaraya “sim-sim, açıl” deyən kimi, onun qarşısında mağaranın qapısı açılır və o 40 quldurun karvanlardan qarət etdikləri qızıl-zinət əşyalarını tapır.
Bax indi, bizə də maraqlıdır ki, görəsən eşşək arabasında su daşıyan Bədəl Bədəlov birdən-birə SOCAR-ın vitse -prezidenti necə ola bilib?!
Bu mövzu ilə bağlı Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndindən , Bədəl Bədəlovun tikdirdiyi imarətdə işləyən fəhlələr 365İNFO saytına çox maraqlı məlumat göndəriblər.
Məlumatda qeyd olunur ki, tikilən imarətin bünövrəsinə və divarlarına saxsı küplərdə qızıl-zinət əşyaları Bədəl Bədəlov tərəfindən hördürülərək gizlədilib. İndi qoy oxucu Bədəl Bədəlovun bu qədər qızıl-zinət əşyalarını hardan əldə etməsini və tikdirdiyi imarətlərə hördürməsini özü müzakirə etsin.
Doğrudanmı Bədəl Bədəlov “Əlibaba və 40 quldur” kinofilmindəki kimi qızıl-zinət əşyaları gizlədilən mağaraya rast gəlib və SOCAR -ın vitse -prezidenti təyin olunandan sonra tez-tez həmin mağaraya baş çəkir?!

365İNFO.ORG
Geri qayıt