"Quska işi"ndə İLGİNC GƏLİŞMƏ - Başçı dindiriləcəkmi?

"Quska işi"ndə İLGİNC GƏLİŞMƏ - Başçı dindiriləcəkmi? Türkiyədən həbs olunaraq Azərbaycana gətirilən keçmiş deputat Hüseyn Abdullayevin həbsdə kimləri "baqaja" qoyması neçə müddətdir ki, yerli KİV-lərdə ən çox dartışılan mövzulardandır. Bu əsnada adı "Quska" ləqəbli keçmiş deputatla qoşa çəkilənlərdən biri də Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovdur.

Daxil olan son informasiyaya görə, artıq istintaqla əməkdaşlıq edən Hüseyn Abdullayev Avropadakı spyüşcül-böhtancıl mühacir kampaniyasının ərsəyə gəlməsilə bağlı müəyyən bilgiləri paylaşıb. Mənbə iddia edir ki, Hüseyn Abdullayev eyni zamanda Azərbaycandakı yaxın əlaqədə olduğu dostlarının adlarını da istintaqa bildirib.

Mənbənin söylədikləri: "Hüseyn Abdullayevin köhnə dostlarından biri kimi adını çəkdiyi Qaradağın icra başçısının başı mütləq cəncələ düşəcək. Onun istintaq tərəfindən dindirilməsi də mümkündür. Bu, baxır keçmiş deputatın münasibətləri hansı səviyyədə xaraketrizə etməsinə və onların dostluqlarının indiki səviyyəsinə".

Xatırladaq ki, Hüseyn Abdullayevlə Süleyman Mikayılov köhnənin "silahdaşlarıdır" və Hüseyn Abdullayevin adı hətta zamanında kriminal aləmdə belə hallanıb.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ
Geri qayıt