Elman Məmmədov rəis təyin edilib

Elman Məmmədov rəis təyin edilib Xaçmaz rayon Gənclər və İdman İdarəsinə yeni rəis təyin edilib

Müvafiq sərəncamla bu vəzifəni Məmmədov Elman Telman oğlu icra edəcək.

E.Məmmədov 1985-ci ildə Xaçmaz şəhərində anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini Regionşünaslıq (Qafqazşünaslıq) ixtisası üzrə bitirib.

2010-cu ildə Xaçmaz rayon Gənclər və İdman İdarəsinə aparıcı məsləhətçi vəzifəsinə təyin edilib. 2-ci dərəcəli dövlət qulluqçusudur.
Geri qayıt