"Exo" qəzetinin baş redaktoru Rauf Talışinski vəfat etdi

"Exo" qəzetinin baş redaktoru Rauf Talışinski vəfat etdi Tanınmış jurnalist Rauf Talışinski vəfat edib.

xalqxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Talışinski “Exo” qəzetinin baş redaktoru idi.

Allah rəhmət eləsin!

Qeyd edək ki, T. Talışinski 16 noyabr 1956-cı ildə anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

"Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olub.

27 yanvar 2001-ci ildən "Exo" qəzetinin baş redaktoru idi.

Rauf Talışinski "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Geri qayıt