Binəqədidə başçı ilə müavinin pul davası - İTTİHAM

Binəqədidə başçı ilə müavinin pul davası - İTTİHAM "Binəqədi Rayon İcra Hakimiyyəti başcısının müavini Aygün Əliyeva bu günlərdə böyük maxinasiyalar edərək icra hakimiyyəti tərəfindən rayon ərazisində həyata keçirilən tədbirlər üçün ayrılan maliyyə vəsaitini mənimsəyib və bunu bilən Rayon İcra Hakimiyyətinin başcısı Xaləddin İsgəndərov ciddi tapşırıq vərərəkar aşadırma aparılmasını tələb edib". Bu barədə yazan mənbə bildirir və qeyd olunur ki, müavin başçının payını ayırmadığından qarşı tərəf qəzəblənib və iş böyüyüb.

Mənbənin yazdıqları: "Araşdırmanı aparanlardan biri də Xaləddin İsgəndərovun köməkçisi Cahangirzadə İskəndər olub. Araşdırma aparılanda aydın olub ki, müavin Aygün Əliyeva kurasiyasında olan rayon əreazisində fəaliyyət göstərən səhiyyə ocaqlarından, təhsil müəssələrindən, baxçalardan hər ay “haqq” alırmış və həmin müssələr üçün rayon icra başcısı tərəfindən ayrılan vəsaitləri mənimsəyirmiş. Bütün bunları üzə çıxardan başcının köməkçisi Cahangirzadə İskəndər bütün bunlarla bağlı Xaləddin İsgəndərova məlumat verib ancaq Aygün Əliyeva öz şəxsi əlaqələri ilə elə edib ki, Xaləddin İsgəndərov onu işdən azad edə və ya cəzalandıra bilməyib. Aygün Əliyeva da hər kəsə bildirib ki, bütün bu maxinasiyalardan başcnın xəbəri var və ondan icazəsiz heç nə etməyib. Bütün bunlardan sonra isə başcı Xaləddin İsgəndərov Aygün Əliyevanın maxinasıyalının üstünü açan özünün köməkcisi olan Cahangirzadə İskəndəri işdən azad edib. İndi hər kəs rayon icra hakimiyyətinin aparatında Aygün Əliyevanın qanadları altına sığınmaq üçün Aygün Əliyevanın qapısında növbə ilə gözləyirlər".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

DİA.AZ
Geri qayıt