DİN məlumat yaydı - Diqqət!

DİN məlumat yaydı - Diqqət! Son günlər Daxili İşlər Nazirliyinin “E-payment.mia.gov.az” və “E-xidmet.mia.gov.az” veb səhifələrinə daxil olmaqda yaranmış problemlə əlaqədar bildiririk ki, bu, DİN-in göstərdiyi xidmətlərin texniki nasazlığı ilə bağlı deyildir. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.

Qeyd edək ki, “Google Chrome” brauzeri 66-cı versiyadan başlayaraq “Symantec” şirkətinə məxsus və 2016-cı il iyun ayının 1-dən etibarən verilmiş təhlükəsizlik sertifikatlarını tanımayacağını bəyan edib.

“e-payment.mia.gov.az” və “e-xidmet.mia.gov.az” veb səhifələrində istifadə olunan təhlükəsizlik sertifikatı da yuxarıda adıçəkilən şirkətə məxsusdur.

Buna görə də, problem yalnız “Google Chrome”u ən son – 66-cı versiyasından istifadə edənlərdə müşahidə olunmaqdadır.

Bununla bağlı Daxili İşlər Nazirliyinin müvafiq qurumu texniki işləri davam etdirir. Ən qısa zamanda bu xidmətlərin fəaliyyəti “Google Chrome”da bərpa olunacaqdır.

Onu da qeyd edək ki, kompyuterlərdə digər brauzerlərdən, həmçinin mobil telefonlardan istifadə etdikdə qeyd edilən veb səhifələrə daxil olmaq mümkündür.
Geri qayıt