Camalovların Badamdardakı villalar kompleksi – Foto / Video

Camalovların Badamdardakı villalar kompleksi – Foto / Video Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov və qardaşı, Şirvanın icra başçısı Mərdan Camalovun Bakıda villalar kompleksinin görüntülərini əldə etmişik. Oxucularımız tərəfindən çəkilən və redaksiyamıza göndərilən foto və videolardan aydın görünür ki, Camalovlar Səbail rayonu Badamdar qəsəbəsinin yüksəkliyində özləri üçün bir neçə villadan ibarət kompleks işa etdiriblər.
Badamdar qəsəbəsi “1-ci Massiv” deyilən ərazidə yerləşən villalar kompleksi 2006-ci ildə – Yavər Camalovun Müdafiə Sənayesi Nazirliyinə rəhbər kimi təyinatından sonra inşa edilib.
Məlumatda deyilir ki, hazırda 4 mərtəbəli villalardan birində nazir Y.Camalov öz ailəsi ilə birgə yaşayır. Digər villa qardaşı Mərdan Camalova məxsus olsa da, o, Şirvandakı evində qalır. O, buradakı villasını övladlarına verib.
Qeyd edək ki, Yavər Camalov 2006-cı ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Müdafiə Sənayesi naziri təyin edilib. O bundan əvvəl, “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb.
Qardaşı Mərdan Camalov isə, 2005-ci ildən Şirvan şəhərinin icra başçısıdır. O, bu vəzifəyə təyin olunmamışdan “Azəriqaz” Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifəsində işləyib.
Mövzu ilə bağlı nazir Yavər Camalov və qardaşı, icra başçısı Mərdan Camalovun da mövqeyini öyrənib dərc etməyə hazırıq.

AzEuroNews.com

Camalovların Badamdardakı villalar kompleksi – Foto / Video
Camalovların Badamdardakı villalar kompleksi – Foto / Video
Camalovların Badamdardakı villalar kompleksi – Foto / Video
Camalovların Badamdardakı villalar kompleksi – Foto / Video
Geri qayıt