Dövlət Miqrasiya Xidmətinə rəis təyin olundu - Prezident daha bir deputata vəzifə verdi

Dövlət Miqrasiya Xidmətinə rəis təyin olundu - Prezident daha bir deputata vəzifə verdi Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə deputat Vüsal Hüseynov təyin olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri General-mayor Firudin Nəbiyev vəzifəsindən azad olunub.

Qeyd edək ki, Vüsal Hüseynov Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışıb.

Unikal.org
Geri qayıt