Hacıbala Abutalıbov istefa verdi: yeni vəzifəyə gedir (İDDİA)

Hacıbala Abutalıbov istefa verdi: yeni vəzifəyə gedir (İDDİA) Bakı şəhər icra başçısının rəhbəri Hacıbala Abutalıbov istefa verib.

Yenicag.az-a istinadən məlumata görə, ötən gün Abutalıbov təhvil-təslim edib.

Onun bu gün təyin olunacaq baş nazirə müavin gedəcəyi iddia olunur.

Qeyd edək ki, Abutalıbov 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. O, 2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Geri qayıt