Nazir 35 yaşlı fəlsəfə doktorunu prorektor təyin etdi

Nazir 35 yaşlı fəlsəfə doktorunu prorektor təyin etdi Azərbaycan Turizm və Menecment Universitetinə yeni prorektor təyin edilib.

xalqxeber.az xəbər verir ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə Anar Nazim oğlu Eminov işini bundan sonra universitetin Elm və İnkişaf məsələləri üzrə prorektoru kimi davam etdirəcək.

Qeyd edək ki, 35 yaşlı Anar Eminov buna qədər ATMU-da müəllim, baş müəllim, kafedra müdiri, dosent kimi çalışıb.

A. Eminov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. O, artıq yeni prorektor kimi kollektivə təqdim edilib.
Geri qayıt