Cavid Qurbanovun Kəramət Böyükçölə ev bağışlaması aləmi qatdı - Qalmaqal

Cavid Qurbanovun Kəramət Böyükçölə ev bağışlaması aləmi qatdı - Qalmaqal Bir neçə gün öncə millət vəkili Cavid Qurbanov gənc yazıçı Kəramət Böyükçölə ev hədiyyə edib

Bu barədə ictimai fəal Dəyanət Babayev feysbukda yazıb.

Onun paylaşımına şərhlərdə üsyan olunub. Sosial şəbəkə istifadəçiləri C.Qurbanovun K.Böyükçölə ev bağışlamasını pisləyiblər.

Bəziləri “o qədər yaltaqlandı, axır “haqqı”nı aldı”, bəziləri “kimlərsə vaqonlarda, kimlərsə evlərdə yaşayır” yazıb, kimisi də görkəmli şairlərimiz olan Xəlil Rza Ulutürk və Bəxtiyar Vahabzadəni aşağılayan birisinə deputatın ev hədiyyə etməsini etirazla qarşılayıb.

Məsələn, Xatun Etibarqızı yazıb: “Dahi şəxsiyyətləri özündən kiçik görən dünənin uşağına ev verirlər, vətən üçün canını qoyan yarımcan olan qeyrətli oğullarımız qazilərimiz evsiz qalır..”

İlahə Gözəlova qeyd edib: “Bir şəhid ailəsinə hədiyyə edərdi də, başqasını günahlandırmaq, başqasına ağıl vermək deyil ee... son zamanlar bununçün əlləşdiyi açıq-aşkar statuslarından bəlliydi.. Gülə-gülə otursun, başqalarına da hədiyyə olunan evlərə dil uzatmasın”.

Təbii ki, hər kəsin mənzilinin olması yaxşı haldır. K.Böyükçöl də bir məmurdan ev hədiyyə alaraq ailəsi ilə yaşayacaq.

Onun evinin olması haqqıdır, hər bir azərbaycanlı kimi. Nədənsə, özü bu məlumatla bağlı heç bir açıqlama verməyib.

Amma suallar meydana çıxır: əvvəla dövlətdən aldığı maaş işlənmiş bir maşın almağa yetərli olmayan C.Qurbanov hansı maliyyə ilə jurnalistə ev bağışlayıb?

İkincisi, onun hansı fəaliyyətinə görə belə qənaətə gəlib ki, ev hədiyyə etsin? Üçüncüsü, klassikləri, xalqın nüfuzlu ədiblərini təhqir edən birinə dəstək verməsi ilə cəmiyyətə hansı mesajı verir?

Kəlbəcərdən olan deputat onlarla köçkünə, şəhid ailəsinə mənzil bağışlaya bilərdi, amma insanlarda çıxışları ilə qıcıq yaradan, özünü gündəmdə saxlamağa çalışan birini evlə təmin edir.

C.Qurbanov son vaxtlar özünə yaxın bildiyi jurnalistlərə ev paylayır. Bu maliyyəni Dəmir Yolları QSC-nin büdcəsindən xərclədiyi ehtimal olunur.

Digər versiya isə biznesindən gələn pulları bir mənzilə sərf etməsidir. Çünki dövlət və deputat maaşı buna çatmaz.

Ancaq C.Qurbanov məhz Xəlil Rzanı, B.Vahabzadəni təhqir edən adamı seçkiqabağı evlə təmin edir.

Halbuki, pis şəraitdə yaşayan onlarla şəhid ailəsi var. Elə ötənlərdə küçədə dilənən kəlbəcərli bir şəhid anasının taleyindən yazmışdıq. Sonra C.Qurbanov onu himayəsinə götürsə də, nədənsə ona ev bağışlamadı.

Eyni zamanda jurnalist, məcburi köçkün və şəhid qardaşı Xəyyam Salmanzadə dəfələrlə rəsmi və qeyri-rəsmi şəkildə C.Qurbanova müraciət etdi ki, onu qəbul etsin.

Onlarla müraciətin heç birinə cavab vermədi. Bütün bunlardan efirdə, mətbuatda cəmiyyətin heysiyyatına toxunan çıxışlar etmiş birinə ev bağışlaması məntiqli olaraq feysbukda etirazla qarşılanacaq.

Bundan qabaq isə azpolitika.info yazmışdı ki, Cavid Qurbanov bugünlərdə bir qrup jurnalistə Bakıda ev bağışlayıb.

Məlumata görə, ADY sədri Prezident İlham Əliyevin sərəncamı əsasında mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilmiş 2-ci binada mənzillərin bölgüsü zamanı kənarda qalmış, mənzil sahibi ola bilməmiş bir qrup jurnalisti mükafatlandırıb.

C.Qurbanov hesab edib ki, bölgü zamanı bu jurnalistlərə qarşı haqsızlıq edilib. Üstəlik, əslən Kəlbəcərdən olan bu jurnalistlər haqsızlığa məhz ona görə məruz qalıblar ki, ADY sədri ilə yaxın münasibətlərdə olublar.

Yəni, belə demək olarsa, həm prezidentə qarşı gedir, həm öz imicinə işləyir. Ancaq özü deyilənləri təkzib etmişdi. Görək K.Böyükçölə Xəlil Rza haqda dediklərindən sonra ev bağışlaması təsdiqlənəcək yoxsa..?

Fia.Az
Geri qayıt