Hərbçilər də səs verdi
Bu gün keçirilən prezident seçkilərinin səsverməsində Azərbaycan Ordusunun şəxsi heyətinin iştirakının təmin edilibMüdafiə Nazirliyindən verilən məlumata görə, seçkilərin hərbi hissələrin ərazilərində fəaliyyət göstərən məntəqələrdə zəruri tədbirlər görülüb, qanunvericilik və seçki məcəlləsinin tələbləri tam yerinə yetirilib.
Çətin dağlıq ərazilərdə düşmənlə təmas xəttində yerləşən bölmələrdə döyüş növbəsində olan seçicilərin səsvermədə iştirakının təmin edilməsi üçün daşınan seçki qutularından istifadə olunub.
