“Polisin belə hüququ yoxdur” - Məzahir Pənahov

“Polisin belə hüququ yoxdur” - Məzahir Pənahov “Bu saata qədər seçki prosesi ilə bağlı rəsmi şəkildə heç bir qanun pozuntusu qeydə alınmayıb”.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə deyib. Onun sözlərinə görə, edikən müraciətlər əsas sorğu xarakterli olub. M.Pənahov bildirib ki , Azərbaycanda Prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf şəkildə həyata keçirilir.

MSK sədri eyni zamanda, 36 saylı Seçki Dairəsinin 3 və 4 saylı seçki məntəqələrində jurnalistlərdən prosesi izləmələri üçün arayış istənilməsi məsələsinə də toxunub. O qeyd edib ki, bununla bağlı MSK -ya müraciət daxil olmayıb:"Bu, qanunazidd addımdır. Polisin və seçki komissiyasının belə hüququ yoxdur".
Geri qayıt