Əsgərlər Lələtəpədə xanım deputat üçün gül dərdi - Fotolar

Əsgərlər Lələtəpədə xanım deputat üçün gül dərdi - Fotolar Milli Məclisin sədr müavini Bahar Muradova işğaldan azad olunmuş Lələtəpə zirvəsində hərbi qulluqçularla görüşüb.
xalqxeber.az xəbər verir ki, əsgərlər millət vəkilinə Lələtəpədən dərilmiş lalə gülləri və digər çiçəklər hədiyyə ediblər. Bu haqda təəsüratlarını paylaşan B. Muradova deyib: “Dəmir dəbilqəli, zireh geyimli, çiyni silahlı bir əsgərin zirvədən dərdiyi lalələrlə məni qarşılayarkən dediyi “Bunlar lalə deyil, mərd oğulların bir zaman su kimi torpağa hopmuş qanıdır, göyərib üzə çıxıb” sözlərindən çox duyğulandım. Kövrəldiyimi görən əsgər sonra əlavə etdi ki, işğal altında olan digər torpaqlarımızı da azad edəcəyik. Aprel zəfəri təkrarlanacaq. İnşallah, gələn yaza Şuşa, Xankəndi, Laçın, Kəlbəcər və digər yurd yerlərimizdə də hər tərəf al-qırmızı lalələrə bürünəcək”.

Geri qayıt