Hacı, “xeyriyyəçi”, “tender kralı” və müğənni Şəbnəmin sponsoru – Ramazan Mirzəyev

Hacı, “xeyriyyəçi”, “tender kralı” və müğənni Şəbnəmin sponsoru – Ramazan Mirzəyev İşbaz HACININ “qara kassası” Rəşad kimdir?

Hacı, “xeyriyyəçi” və “Tender karlı” kimi tanınan Ramazan Mirzəyevi milyonçu edən layihələr və Bakı şəhər icra hakimiyyəti ilə ilginc münasibətləri haqqında Realliqinfo.org saytına bir sıra faktlar daxil olub. Həmin faktlara nəzər salanda məlum olur ki, “Məmmədoğulları”MMC –nin rəhbəri, nazirliklərin iri layihələrinin saxta yollarla qalibi, dövlətin milyonlarını şəxsiləşdirə bilən Ramazan Mirzəyevin fəaliyyəti ilə bağlı araşdırmaların nəticəsinin hesabatı bu günə qədər aparılmayıb.
Adı müğənnilərin istəklisi kimi önə çıxarılan, gah da xeyriyyəçi kimi gündəmə gələn Hacı Mirzəyevin gizli əməlləri barədə mediada bir sıra məlumatlar da dərc olundu. Lakin adıçəkilən “Tender Kralı”nın “qara kassası”- Rəşad adlı şəxsin “ƏLİ AÇIQLIĞI” faktların ört-basdır edilməsinə xidmət etdi.
Ramazan Mirzəyev – Hacı, “xeyriyyəçi”, “tender kralı” və müğənnilərin sponsoru
Təsadüfi deyil ki, müğənni Şəbnəm Tovuzlu ilə ilişkiləri haqqında dərc olunan yazılar Mirzəyevin qəzəbinə tuş gəlmişdi. Lakin bunun nə qədər həqiqət olub olmadığını düşündüyümüz zaman sayt rəhbərləri “Tender Kralı”nın təzyiqləri ilə üzləşməli oldular. Nəticədə, Tv ekranlarına çıxan müğənni Şəbnəm Tovuzlu da, Ramazan Mirzəyevlə ilişkidən bəhs edən jurnalistləri təhqir etməkdən çəkinmədi. Jurnalistləri polis bölmələrinə qədər yoran müğəninin arxasında dayanan şəxsin Mirzəyev olduğunu söyləyənlər də az deyildi…
Ramazan Mirzəyevin Bakı meri Hacıbala Abutalıbovla yaxın münasibəti onun varlanmasını şərtləndirən amildir. “Tender kralına” layihələri “ərməğan” edən merin şərikli oyunu, milyonların qazanılmasına və Türkiyədə, eləcədə digər xarici ölkələrdə adıçəkilən işbazın şirkətlər yaratmasına səbəb olub.
Araşdırmalara görə Ramazan Mirzəyev tender əməliyyatlarından qazandığı 100 milyonlarla pulu ölkədən çıxardaraq Türkiyədə elektrik avadanlığı zavodu inşa edib. Həmin zavoda onun oğlu,Türkiyədə yaşayan Nicat Mirzəyev rəhbərlik edir. Həmçinin Nicat Mirzəyevin Türkiyənin Zeytunburnu adlanan ərazisində 2 milyon dollara malikanə aldığı deyilir.
Ramazan Mirzəyevin gizli qalan əməlləri bunlarla yekunlaşmır. Bakı şəhər icra hakimiyyətindəki havadarlarının ona verdiyi layihələrin maliyyələşdirilməsi üçün Maliyyə nazirliyində də dostlarının canfəşanlığı diqqət çəkir. Ramazan Mirzəyev – Hacı, “xeyriyyəçi”, “tender kralı” və müğənnilərin sponsoru
Maliyyə nazirliyinin dəstəyi ilə bir sıra saxta sənədləşmələr aparan şəxslər dövlətin milyonlarına qanunsuz yolla sahib çıxa biliblər. Həmin nazirliyin fəaliyyəti ilə bağlı realliqinfo.org saytında dərc olunan yazıda faktlarla tanış ola bilərsiniz.
Qeyd edək ki, Ramazan Mirzəyev gizli və şərikli münasibətlərdən yararlanaraq “Məmmədoğulları” MMC adı ilə təkcə bir ildə – 2017-ci ildə Mədəniyyət və Turizm nazirliyinin 9 Regional İdarəsinə bərk inventarların satın alınması üzrə keçirilən 417821 manatlıq tenderin “qalibi” olub. Realliqinfo.org bildirir ki, bununla bağlı görülən işlər isə göz önünə çıxarılmır və pulların hara xərcləndiyini “Tender kralın”dan başqa bilən yoxdur.
Yuxarıda qeyd etdiyimiz kimi, Ramazan Mirzəyevin “qara kassası” Rəşadın “xidmətləri” nəticəsində faktların ifşa prosesi gecikdirilir. Lakin əminliklə deyə bilərik ki, “Tender karlının” gizli fəaliyyəti və dövlətdən oğurlanan pulların hesabatına artıq başlanıb. “Məmmədoğulları”MMC və digər bu kimi şirkət adları ilə tenderlərin qalibinə çevrilən Mirzəyevi “qara kassaları” çətin xilas edə.
Bir vaxtlar xeyriyyəçilik adı ilə özünü xeyirxah insan kimi cəmiyyətə sırımağa çalışanların qanun qarşısında cavab verməsi şərtdir. Ramazan Mirzəyev – Hacı, “xeyriyyəçi”, “tender kralı” və müğənnilərin sponsoruBir ailəni sevindirmək adı ilə dövlətdən oğurlanan milyonları ört-basdır etmək adətinin və faktların ictimailəşməsinin qarşısını almaq dövrünün bitdiyini söyləmək olar.
Mövzuya qayıdacağıq.

PS. – Ramazan Mirzəyevin Türkiyədəki biznesinin arxasında kim dayanır?
– “Tender kralı” nın digər şərikləri kimlərdir?
– Nadir Qarayev bu oyundan nə qədər qazanır və bu məmuru himayə edən kimdir?
– Hacıbala Abutalıbovun yaxını olan Mirzəyevin saxta MMC – ləri hansılardır?
– Tender kralının Rəşad adlı “qara kassası” faktları ört – basdır etmək üçün hansı yola əl atır?
Bu və digər suallara növbəti yazıda cavab tapacaqsınız. Bizi izləyin.

Realliqinfo.org
Geri qayıt