DYP inspektoru Sahil adlı əməkdaşı, dinc vətəndaşın mülkiyyətinə daxil olmaqla hədələdi şər böhtan atmaqla 90-cı illərin qorxusunu yaşatdı

DYP inspektoru Sahil adlı əməkdaşı, dinc vətəndaşın mülkiyyətinə daxil olmaqla hədələdi şər böhtan atmaqla 90-cı illərin qorxusunu yaşatdı Redaksiyamıza heç də ürək açmayan video çəklişlə (maddi sübutlarla) birgə şok bir şikayət daxil olub.

Şikayət, eyni zamanda AR Prezidenti cənab İlham Əliyevə, AR DİN-i general-polkovnik cənab Ramil Usuboya, AR Baş Prokuroru cənab Zakir Qaralova və Azərbaycanın İnsan hüquqları üzrə (OMBUDSMAN) müvəkkilinə ünvanlanıb.
Əvvəla xatırladaq ki, bu yaxınlarda polis əməkdaşı tərəfindən Masallı rayon sakinlərinə qarşı ədəbsiz rəftara yol verilməsini özündə əks etdirən video yayılmışdır.
Belə ki, DİN-nin əmri ilə, bir müddət öncə Masallı rayon sakini olan vətəndaşa qarşı polis əməkdaşı tərəfindən yol verilən etik davranış kodeksindən kənar olan ədəbsiz rəftara görə və vətəndaşı təhqir edən polis əməkdaşı daxili işlər orqanlarından qovulmuşdur.
Bundan sonra DİN-i general-polkovnik cənab Ramil Usubovun imzaladığı digər müvafiq əmri ilə vətəndaşı təhqir etmiş polis əməkdaşını, daha dəqiq desək Binəqədi RPİ-nin polis leytenantı Rəşad Əhmədov daxili işlər orqanlarında xidmətdən xaric edildi.
Lakin buna baxmayaraq eyni əməllər yenə başqa formada bu səfər digər, Sahil adlı DYP-nin polis əməkdaşı tərəfindən yol verilmiş və bunlada rəhbərliyin etimadını doğrultmayaraq, hələdə bundan bir müsbət nəticə çıxarmamışdır.
Prezident seçkiləri ərəfəsində illərlə vətəndaş və polis arasında qazanılmış etibarı dağıdaraq arada böyük uçurum yaradan Sahil adlı DYP inspektoru özbaşınalığı ilə açıq-aşkar cənab Ramil Usubovun göstərişlərinə məhəl qoymayaraq, xidməti vaxtı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şəxsi maraqlardan dinc vətəndaşa şər böhtanla təzyiq göstərdi.
Belə ki, Biləcəri Kristal yaşayış kompleksində, 11 mart 2018-ci il tarixdə, gecə saat 01:00 radələrində, dövlət qeydiyyat nömrəsi 99-YP-496 olan DYP məxsus operativ nəqliyyat vasitəsi ilə iki polis əkəmdaşı, Masallı rayon sakini Sadıqov Səfa Əlpaşa oğlunu yaşadığı mənzil binasına daxil olmaqla açıq-aşkar həmin vətəndaşa təzyiqlər göstərmişlər və şər böhtan atmaqla hədələmişlər. Vətəndaş hələdə bu şokdan ayılmayıb və həmin şəxslərin ümumiyyətlə polis orqanlarında xidmət etmələrinə şübhə ilə yanaşmışdır. Özləni təqdim etmədən, şübhəli aparmaqla heç bir hüquqi əsas gətirmədən vətəndaşa az qala zor tətbiq etmişlər. Lakin, ətrafda olan şahid digər vətəndaşlar olduğundan canı xilas edə bilmişdir. Vətəndaş həmin hadisəni belə xatırladı, - “polis geymində olan bu şəxslər sanki bir anlıq mənə, dinc vətəndaşa 90-cı illəri yaşatdı”. Polis əməkdaşları özlərinin bu özbaşınalığına heç bir hüquqi əsas və səbəb gətirə bilməyərək, vətəndaşa məxsus binanın altında yerləşən faktiki parkink olunmuş BMW markalı dövlət qeydiyyat nömrə nişanı 90-FF-080 olan nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyini barədə həqiqətə uyğun olmayan yalan olaraq əsas gətirməklə şərləməyə çalışmışlar. Əvvəla əgər vətəndaş nəqliyyat vasitəsini idarə edərkən, onun sərxoş halda olmasına kifayyət qədər şübhə varsa, DYP əməkdaşı yolda onu saxlamalı, özünü təqdim etməli, saxlama səbəbini izah etməli, sərxoşduğunu yoxlamaq üçün xüsusi cihazla yani alkotesterlə yerində yoxlamalı, əgər nəqliyyat vasitəni idarə edən şəxsin sərxoşluğu müəyyən edilərsə və ya başqa digər inzibati xətaya yol verərsə, həmin şəxsin barəsində qanunla müvafiq qaydada inzibati protokol tərtib edilməlidir. Görünür ki, qərəzli şəkildə vətəndaşla ədəbsiz rəftar edən DYP-nin bu əməkdaşları qanunları və harada işləmələrini, vəzifələrini bir anlıq unudublar. Bütün bu baş verənlərləri təsdiq edən bağlı maddi subut mövcuddur.
AR Konstitusiyasının 71-ci maddəsinin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” adı altında olan tələblərə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
AR Kostitusiyasının 26-cı maddəsinin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi” adı altında olan tələblərinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Sahil adlı DYP əməkdaşı bu özbaşınalığı ilə qanuların təminatçısı Prezidentimiz cənab İlham Əliyev təsdiqlədiyi imazladığı Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarımı açıq aşkar şəkildə məhdudlaşdırmış, əlavə olaraq AR DİN-in 08.04.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”ni pozmuşdur.

Ətrafda olan vətəndaşlardan biri təsadüfən telefon vasitəsi ilə hadisə baş verən zaman bütün baş verənlər video lentə alınmışdır.

Şikayətçi vətəndaş Səfa Sadıqov, müstəqil dövlətimizi min bir əziyyətlə quran memarı Umummilli Liderimiz ulu öndər Heydər Əliyevin adına and verir ki, ona qarşı ədəbsiz rəftar edən, şərləməyə çalışan, polis adına yaraşmayan hərəkətlərə yol verən özbaşınalıq etmiş DYP-nin əməkdaşlarına qarşı qanunla ciddi ölçü gətürülməsini xahiş edir. O deyir ki, ulu öndərin əziyyətlə yaratdığı müstəqil, demokratik və hüquqi dövlətimizdə bu kimi təxribat xarakterli halların polis əməkdaşı tərəfindən yol verilməsi qətiyyətlə qarşısı alınmalıdır. Xüsusəndə vətəndaşları Prezident seçkisi ərəfəsində dövlətdən bu kimi özbaşınalıqla narazı salmaq yol verilməzdir. Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir.

İnanarıq ki, polis adına yaraşmayan və bu ada xələl gətirən hərəkətlərə yol vermiş Sahil adlı DYP əməkdaşı barəsində xidməti araşdırma başlayacaq və barəsində qanunla müvafiq ciddi ölçü götürüləcəkdir.

Həmin görüntüləri sizlərə təqdim edirik:

BakuNews.az
Geri qayıt