Mirşahin hədələdi: “1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq!”

Mirşahin hədələdi: “1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq!” “Mən sizin ana və bacınızı söyməyəcəm…”

Bu gün peyk yayımına başlayacaq “Real” TV-nin baş direktoru Mirşahin Ağayev, nəhayət, telekanalı barədə edilən tənqidlərə cavab verib.

O, efirdən uzaq qaldığı müddətdə ünvanına səsləndirilən təhqirlərin əvəzini çıxacağını bildirib:

“Bəli, Mirşahin qayıdır, hazırlaşın. Narahat olmayın, təhqir edilməyəcəksiniz. Ona görə ki, bu, mənim xarakterimcə deyil. Amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Sosial şəbəkələrdə paylaşımlara şərh, daha doğrusu, şər yazanlar, nə xoşunuza gəlmir? Mənim düşərgəmi tanımırdınız ki?
Əlbəttə, mən dövlətin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma sizi açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacağam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən sizin ana və bacınızı söyməyəcəm, sadəcə… sevəcəm!”

Minval.info
Geri qayıt