Evlənəcəyiniz insana bu sualları mütləq verin

Evlənəcəyiniz insana bu sualları mütləq verin Sevgi sağlam bir evlilik üçün çox əhəmiyyətlidir. Lakin evlənməzdən əvvəl bəzi mövzuları düşünməlisiniz. Ailə qurmazdan əvvəl tərəf müqabilinizə bəzi suallar verməlisiniz. Bu sualların cavabı sizi gələcək problemlərdən xilas edə bilər. Həmin sualları təqdim edirik.

Səni sevdiyini necə hiss edirsən?

Hər kəsin sevgisini göstərmə forması və gözləntiləri bir-birindən fərqlidir. Bəzi insanlar sevgisini yemək bişirərək, bəziləri qucaqlaşaraq, bəziləri sözləriylə bəlli edir. Lakin bunlar bəzən qarşınızdakına kifayət etməyə bilər. Gələcəkdə bir problemin olmasını istəmirsinizsə, aranızdakı buludları indidən aradan qaldırın.

Nə qədər borcun var?

Həyatlarınızı birləşdirdikdə maddi və mənəvi bütün problemlərin öhdəsindən birlikdə gəlmək məcburiyyətindəsiniz. Öhdəliklər da bu problemlərdən birdir. Ailə qurduqdan sonra maddi çətinliklərin başınızı ağrıtmasını istəmirsinizsə, tərəf müqabilinizə nə qədər borcunuz olduğunu söyləyin və ondan da bunu tələb edin. Birlikdə borclarınızı necə ödəyəcəyinizə dair bir plan cızın.

Ailələrimizlə orta yolu necə tapaq?

Boşanmaların əsas səbəblərindən bir də ailələrarası uyğunsuzluq və mübarizələrdir. Evlənəcəyiniz insandan ailəsindən imtina etməsini istəyə bilməzsiniz. Siz də ailənizdən imtina edə bilməzsiniz. Bu səbəbdən də lazım olan vaxt körpü yaratmağın və iki tərəfi də xoşbəxt etməyin bir yolunu tapmaq lazımdır.

Ən çox kimin fikri əhəmiyyətlidir?

Burada cavabın “sən” olmasını gözləməyin. Bu sualdakı məqsəd tərəf müqabilinizin düşüncələrinə kimin təsir edə biləcəyini öyrənərək əvvəldən bəzi tədbirlər görməkdir. Bir-birinizin dəyər verdiyi insanlarla tanış olmaq dürüstlük və səmimiyyətin göstəricisidir.

Evinizdə iş bölgüsü necə olacaq?

Bunun əhəmiyyətli bir faktor olmadığını düşünə bilərsiniz. Lakin insanların evlərində gördükləri iş ailə qurduqdan sonra məsuliyyətlərə böyük təsir edir. Məsələn, kommunal xərcləri atanız ödəyirsə, ailə qurduqdan sonra bunu ərinizdən gözləyirsiniz və ya yeməkləri ananız bişirirsə, evləndikdə bunu xanımınızdan gözləyirsiniz. Lakin onun ailəsində iş bölgüsü bundan fərqli ola bilər.

Romantik düşüncələriniz və fikirləriniz bir-birini tamamlayırmı?

İki tərəfin də romantik düşüncə və fikirlərinin tamamlanması münasibətlərin sağlamlığı və gələcəyi baxımından böyük əhəmiyyət daşıyır. Hiss etdiklərinizi söyləyin və empati qurmağa çalışın. Bir-birinizlə ünsiyyətdə, sevginizi göstərmə formanızı nəzərdən keçirin.

Uşaqlar haqqında nə düşünürsən?

Evlənməzdən əvvəl mütləq tərəf müqabilinizin uşaq istəyib-istəməməsini bilməlisiniz. Çünki bütün evliliklərdə mövzu bir gün uşağa gəlib çıxır. Hətta bir çox evliliyin bitmə səbəbi tərəf müqabillərinin uşaq sahibi olub-olmamaq mövzusunda anlaşa bilməməsidir. Buna görə də əvvəldən tərəf müqabilinizin uşaq sahibi olmaq mövzusunda fikirlərini öyrənin. Eyni fikirdə deyilsinizsə, bir daha düşünün və bunu müzakirə edin.

Valideynləri ilə münasibəti necədir?

Ana və ataların bir-birinə münasibəti, bir-birlərinə olan sevgisi və sevgilərini göstərmə forması uşaqların üzərində də çox böyük təsirə malikdir. Bu mövzuda məlumat toplayaraq tərəf müqabilinizi daha yaxından tanıya bilərsiniz. Uşaqlıq zədələri varsa, əvvəldən öyrənə bilərsiniz.

Bir münasibəti nə bitirə bilər?

Bəziləri üçün aldatma, bəziləri üçün şiddət, bəziləri üçün həyəcanın və ya hörmətin itməsi münasibətin bitməsinə səbəb ola bilər. Bu problemin cavabını öyrənərək, münasibətinizin bitməsinə gətirəcək davranışlara qarşı əvvəldən tədbir görə bilərsiniz
Geri qayıt