Adil Vəliyevin “Bakıxanov rezidens”i sözünü tutmadı - İDDİA

Adil Vəliyevin “Bakıxanov rezidens”i sözünü tutmadı - İDDİA Paytaxtın Bakıxanov qəsəbəsini “A”dan “Z”yə qədər “Bakıxanov rezidens” firmasının reklamları bürüyüb.

Şirkət qəsəbənin hər addımbaşında 2, 3 və 5 mərtəbəli binaları yerlə-yeksan edərək göydələnlərini ucaldır.

İcra başçısının “Bakıxanov rezidens”i sözünü tutmadı

► Tikinti maqnatı olan məmur…

Pilot layihə olan bu tikintilərin arxasındakı gerçək güc Sabunçu rayon icra başçısı Adil Vəliyevin özü olduğu bildirilir.
Böyük biznes resurslarına malik olan A.Vəliyev Bakıxanovda tikinti maqnatına çevrilməkdədir.
Qəsəbənin yol üstündəki əksər 2 və 3 mərtəbəli binaları sökülmə növbəsini gözləyir. A.Vəliyev “Razin”i tamamilə öz tikinti meydançasına çevirməkdə iddialıdır.
Hətta Sabunçu RİH-nin düz qarşısında yaşıllıq hasarlanıb və ərazidə tikinti aparılır. Bu haqda növbət reportajlarda məlumat verəcəyik.

İcra başçısının “Bakıxanov rezidens”i sözünü tutmadı

“Bakıxanov rezidens”in isə indi hər yerdə reklamı gedir – efirdə, küçələrdə… Amma şirkət elə fantastik qiymətlər qoyub ki, yaxınlaşmaq mümkün deyil.
Bu da azmış kimi, inşa işlərində müəmmalar var. Məsələn, qəsəbənin Mehmandarov küçəsində tikilən binanın qarşısındakı məlumat lövhəsində qeyd olunub ki, 2017-ci ilin noyabrın 25-də işlər yekunlaşacaq.
Bu faktı fotoaparatın obyektivinə də tuşlayırıq ki, oxucular şahid olsunlar. 2016-cı ildən gedən işlər deyilən vaxtda başa çatmayıb.
2018-ci ilin martıdır və hələ də binanın tikintisi davam edir. Ona görə də bir qrup payçı “Bakıxanov rezidens”in sözünün üstündə durmadığını bildirirlər:
“Sözlərini tutmadılar. Demişdilər ki, ilin axırına qalmaz. Ancaq mart gəlib, hələ də iş gedir. Bizi də yola verirlər ki, narahat olmayın, az qalıb”.

► “Bərguşad-Ş” MTK hardan çıxdı?

Bu şirkətin inşaat işlərində müəmmalı digər məsələ sifarişçi və podratçı firmanın olmasıdır.

Məlumat lövhəsində yazılıb ki, “Bərguşad-Ş” MTK həm sifarişçi, həm podratçı şirkətdir.

Əgər “Bakıxanov rezidens” özü göydələnləri inşa edirsə, podratçı firmaya nə ehtiyac var?!

İkincisi, payçılar sual edirlər ki, şirkət özünü hüquqi aspektdən sığortalamağa çalışıb.

Yəni, nə vaxtsa “Bakıxanov rezidens”lə mülkiyyətçilər arasında anlaşmazlıq yaranarsa, “Bərgüşad – Ş” MTK-nı qabağa verərək məsuliyyətdən azad ola bilsinlər.
Sakinlər şübhələnirlər ki, ortada onların bilmədiyi hansısa tikinti oyunu var və cəncələ düşməkdən çəkinirlər.
Bir müddət əvvəl isə 13 uşaq atası Həsən Camalov sözügedən şirkətə etiraz olaraq aclıq aksiyasına başlamışdı.
Camalovlar ailəsini narahat edən səbəb evlərinin yaxınlığında tikilən çoxmərtəbəli binadır.
Tikinti işlərini aparan “Bərgüşad-Ş” firmasının rəhbərliyi S.Mehmandarov küçəsi, 26 ünvanında tikilən yeni çoxmənzilli binanın ətrafında aparılmış abadlıq işləri ilə bağlı H.Camalova yaşadığı evin əvəzinə pul kompensasiyası olaraq 350 min manat, yaxud yaşadığı evin sahəsinə uyğun olaraq yeni binada 321 kvadratmetr sahəsi olan mənzil və ya ona məxsus evə uyğun başqa yerdə həyət evi tikilib verilməsini təklif edib.

Lakin H.Camalov ona təklif edilən kompensasiyanın evinin qiymətindən 3 dəfə az olduğunu deyərək bundan imtina edirdi.

Sabunçu RİH-dən isə bildirilmişdi ki, Həsən Camalovun həmin ünvana qeydiyyata düşməkdə məqsədi orada mənzil tikintisi aparan “Bərgüşad-Ş” MMC-dən külli miqdarda pul almaq arzusu olub.
Məhz buna görə də o, dostu Aslanlı Ramil Zakir oğlu ilə razılığa gələrək böyük sayda ailə tərkibi ilə onun evinə pasport qeydiyyatına düşüb.
Bütün bunlara baxmayaraq, payçılar ümid edirlər ki, “Bakıxanov rezidens” tezliklə mənzilləri təhvil verəcək və hər hansı xoşagəlməz hal olmayacaq. Elə biz də belə güman edirik və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Adil Vəliyevin “Bakıxanov rezidens”i sözünü tutmadı - İDDİA
Adil Vəliyevin “Bakıxanov rezidens”i sözünü tutmadı - İDDİA
Adil Vəliyevin “Bakıxanov rezidens”i sözünü tutmadı - İDDİA
Geri qayıt