Mərkəzi Klinikadan İsa Qəmbərin səhhəti ilə bağlı açıqlama

Mərkəzi Klinikadan İsa Qəmbərin səhhəti ilə bağlı açıqlama Səhhətində yaranan problemlərə görə Mərkəzi Klinikya yerləşdirilən Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin müalicəsi davam edir.

Xəstəxanadan verilən məlumata görə, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil.

Bildirilib ki, o, ümumi stasionar şöbəyə yerləşdirilib və orada müalicə alır: “Nevropatoloqlar, terapevtlər İsa Qəmbərin səhhətinə nəzarət edir. Ürəklə bağlı vaxtaşı müayinələrdən keçir və kardoloji problemi yoxdur”.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.

İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya yerləşdirilib.
Geri qayıt