Dövlət Gömrük Komitəsinin rəhbərliyi dəyişdiriləcək - Seçkilərdən sonra nələr baş verəcək?

Dövlət Gömrük Komitəsinin rəhbərliyi dəyişdiriləcək - Seçkilərdən sonra nələr baş verəcək? Prezident seçkilərindən az sonra dəyişikliyə məruz qalacaq qurumlardan biri, bəlkə də birincisi Dövlət Gömrük Komitəsi olacaq. Bu barədə məlumatlı mənbə xəbər verib. Qaynağın iddiasına görə, bir müddət əvvəl ümumiyyətlə, ləğv olunaraq Vergilər Nazirliyinin bir departamentinə çevriləcəyi deyilən DGK-nın müstəqil qurum kimi fəaliyyəti məsələsi qətiləşib:

"Artıq bu məsələ bitib. Amma DGK-nın rəhbərliyi mütləq dəyişəcək və ilk olaraq Aydın Əliyevdən başlayacaq bu islahat, ahzırki DGK sədrinin müavinlərinin hamısının yeniləri ilə əvəzlənməsilə müşaiyət olunacaq".

Mənbə iddia edir ki, paralel olaraq DGK-nin iş sisteminə də əl gəzdiriləcək: "Təxminən Vergilər Nazirliyində cərəyan edən proseslərin DGK-də həyata keçiriləcəyi heç şübhəsizdir".

DİA.AZ
Geri qayıt