Nəsimi RİH başçısının seçki təxribatı: Sakinlər Prezident Adminstrasiyasına üz tutdu

Nəsimi RİH başçısının seçki təxribatı: Sakinlər Prezident Adminstrasiyasına üz tutdu 6 fevral saat 17.00-da Bakının Nəsimi rayonunda Yusifbəyli küçəsi, Azadlıq prospekti, Abbas Səid küçəsi və Xan Şuşinski küçəsinin kəsişməsində yerləşən məhəllədə yaşayan 130 ailənin maraqlarını təmsil edən 10-a yaxın sakin Nəsimi rayon icra hakimiyyəti başçısından şikayətlə Prezident Administrasiyasına gəlib.

Vətəndaşlar hesab edirlər ki, rayon rəhbərliyi Nazirlər Kabinetinin 86 saylı qərarına əsasən “Pilot Layihə” çərçivəsində rayondan məhəlləsinin sökülməsi üçün haqq əldə edən Gloria Palase tikinti şirkəti ilə cinayət sövdələşməsinə girib.

Məhəllə sakinləri bu tikinti şirkətinə etibar etmirlər, onun nizamnamə sənədlərində sökülən evlərin sahiblərinin mənzil əldə edəcəyi çoxmərtəbəli yaşayış evinin tikintisi üçün kifayət qədər vəsait görməyiblər. Şirkət rəhbərliyi təhvil veriləndən 10% artıq sahəsi olan mənzil ayırmağı vəd edir, amma sakinlər, birincisi, bu şirkətin şərtləri ilə razı deyillər, ikincisi isə şirkətin onları aldadacağından, dağılmış evlərin sahiblərinin isə evsiz qalacağından qorxurlar. Vətəndaşlar deyirlər ki, məhəllənin yaxınlığında vətəndaşlara köçdükləri evlərdən 40% böyük yeni yaşayış sahəsi vəd edən digər şirkətlər inşaat işlərinə başlayıb.

Üç nümayəndə Prezident Aparatının əməkdaşı tərəfindən qəbul edilib, o, vətəndaşları dinləyərək, fevralın 12-nə Azərbaycan Respublikası Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevlə görüş təyin edib.

Hadisələrin iştirakçısı Mətanət Əbderrəhmanova Turan-ın suallarını cavablandıraraq bildirib ki, Aparat əməkdaşı ilə görüşdə vətəndaşlar Nəsimi rayon rəhbərliyi və Prezident Administrasiyasında bu rayonun kuratoru Tağı Əliyevlə görüşmək istəmədiklərini bildiriblər. Bu məmurlarla əvvəlki görüşlər nəticəsiz qalıb, vətəndaşlar özlərini aldadılmış hiss edirlər. Sakinlər bir il ərzində 20 dəfəyə yaxın bu məmurlarla söhbət ediblər, məhəllədə qadın əsəb gərginliyindən dünyasını dəyişib, son günlər isə məhəllənin yanında narazı vətəndaşların evlərini sökməyə hazır olan inşaat texnikası dayanıb. Biz sanki minalanmış ərazidə yaşayırıq. Qanunsuzluğa son qoyulmasını tələb edirik”, deyə sakin Babək Adıgözəlov əlavə edib.

“Prezident seçkiləri ərəfəsində Nəsimi rayon rəhbərliyi qəsdən xalqı prezident qarşı kökləyir. Bizim konstitusiyada yer alan hüquqlarımız müdaifə olunmur, biz inşaatçı tərəfindən aldadılmamaq və küçələrdə evsiz qalmamaq üçün ən qətiyyətli addımlara hazırıq. Nəsimi rayon İH ilə Gloria Palase şirkəti arasında bizim etibarımızı doğurmayan müqavilə münasibətlərinə son qoymağı tələb edirik”, deyə M.Əbdürrəhmanova qeyd edib.
Savash.org
Geri qayıt