Qadınlar seksdən niyə soyuyur? - SƏBƏBLƏRİ

Qadınlar seksdən niyə soyuyur? - SƏBƏBLƏRİ
Cinsi istəyinizdə azalma olduğunu hiss edirsinizsə, bunun bir çox səbəbləri ola bilər. Münasibətinizdə olan problemlər cinsi istəyi azaldan səbəblərə başçılıq edir. Cinsi istəyi azaldan əsas səbəbləri açıqlayır.
Əgər sizə dəyər verilmədiyini düşünürsünüzsə və ya münasibətinizdə sevgi, yaxınlıq hiss etmirsinizsə, cinsi əlaqədə həvəsli olmağınız ehtimalı da azalacaq. Əgər tərəf müqabilinizə nifrət edirsinizsə, istifadə edəcəyiniz heç bir dərman istəyinizi yüksəltməyəcək. Ancaq münasibətinizdə problem yoxdursa, tibbi baxımdan da cinsi istəyi azaldan səbəblər mövcuddur.

Kifayət qədər yatmamaq

Gündə 7-8 saat yuxu almaq məsləhətdir. Gün ərzində daha çox qəhvə içmək başqa problemlərə də yol açır. Aparılan araşdırmalarda çox yatan qadınların ertəsi gün daha yüksək cinsi istəyə sahib olduğu sübut edilib. Hətta hər artan yuxu saatında cinsi istək 14% artır.

Əgər yuxu probleminiz varsa, bitki mənşəli çaylar, yatmazdan əvvəl yoqa və ya isti duş kimi rahatlaşdırıcı üsullardan yararlanın.

Çox kimyəvi maddələr qəbul etmək

Aparılan araşdırmalarda müşahidə edilib ki, sidiyində “ftalat” adlı qatqı maddəsi çox olan qadınlarda cinsi istəksizlik riski 2.5 qat artır. Ftalat maddəsinin kişilərdə endokrin sistemə təsir etməsi isə başqa bir araşdırmada sübut edilib. Bu araşdırma maddənin qadınlardakı hormonlara da təsir etdiyini müəyyənləşdirib. Xüsusilə libidoya təsir edərək, estrogen və testosteron hormonlarında dəyişikliyə səbəb olur. Tədqiqatçılar qidalarda olan xüsusi ftalat növünə diqqət yönəltsələr də, bənzər maddələr gündəlik məhsullarda da mövcuddur. Daha çox işlənməmiş və üzvi qidalar yeməklə kimyəvi təsirlərə məruz qalma nisbətini azalda bilərsiniz.

Depressiyada olmaq

Depressiya şikayəti olan qadınların orqazm olması çətinləşir. Eyni zamanda depressiya əleyhinə dərmanlar da cinsi istəyə mənfi təsir edə bilər.

Menopauza olmaq

Menopauza olmağın müsbət tərəfi menstruasiya dövrlərinin çətinliklərindən xilas olmaq olsa da, dəyişən hormon səviyyələri cinsi istəyi azaldır. Menopauzadan sonrakı dövrdə qadınların yarısından çoxu cinsi istəksizlik yaşadığını bildirir. Bir qadın yaşlandıqca qanda estrogen və testosteron hormonları azalır. Bu hormonlar isə cinsi arzu ilə əlaqəlidir. Həmçinin vaginal quruluq da bu dövrdə yaşanır və cinsi əlaqə əsnasında artan ağrı riski qadını seksdən soyudur.

Mükəmməl olmaq

Bəzi qadınlar düşünür ki, həyat yoldaşları onlardan mükəmməl olmalarını gözləyir. Bu düşüncə də qadınlarda cinsi istəksizlik yaradır. Çünki tərəf müqabillərindən hiss etdikləri təzyiq özünəinamı azaldır və cinsi qayğını artırır. Bu da normal olaraq libidoya pis təsir edir.

Vacib işlər

Qadınların cinsi istəklərinin yüksək olması üçün rahat olmaları və bütün diqqətlərini zövqə yönəltmələri vacibdir. Hər kəsi özündən əvvəl düşünmək diqqəti dağıdır. Həyatın stress faktorları isə seksi düşünməyi çətinləşdirir. Kişilərə nisbətən stressli qadınların cinsi həvəsə istiqamətlənmələri daha çətin olur. Stress yaradan faktor aradan qalxanda isə cinsi istək də normala qayıdır.

Yeni bir dərman atmaq

Dərmanlar hormon səviyyəsini dəyişdirə bilər, bu da libidonu azaldır. Xroniki problemləri müalicə etmək üçün istifadə edilən bir çox dərman, doğuş həbləri və antidepressantlar cinsi istəyi azalda bilər. Hətta antidepressantlar orqazm olmağı qeyri-mümkün hala da gətirər. Əgər dərmana başladıqdan sonra cinsi istəyinizin dəyişdiyini hiss edirsinizsə, çəkinməyin və həkiminizlə əlaqə saxlayın.

Hamilə olmaq

Bəzi qadınlar hamiləlik müddətində cinsi istəyin artdığını hiss edir, bəziləri üçün isə seks ağıllarına gələn ən son şey olur. Bir çox hallarda cinsi istək 9 ay ərzində dalğalanır və nə qədər rahat hamiləlik keçirsəniz də, buna təsir edir. Ancaq istəyiniz azaldıqda ən azı bunun normal olduğunu bilərək rahat olun.
Geri qayıt