Amaşov: Mətbuat Şurası ilə bağlı ayrıca qanun qəbul olunsun

Amaşov: Mətbuat Şurası ilə bağlı ayrıca qanun qəbul olunsun Mətbuat Şurası (MŞ) ilə bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklif olunub.

Bu təklifi parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında MŞ sədri, deputat Əflatun Amaşov irəli sürüb.

Millət vəkili qeyd edib ki, təşkilatın hüquqi statusunun dəyişdirilməsinə, eyni zamanda ayrıca qanunun qəbul edilməsini ciddi ehtiyac var:

“Biz bu gün ictimai təşkilat olduğumuzdan bəzən müvafiq addımlar ata bilmirik. Bu gün mətbuatda jurnalist adına xələl gətirən, jurnalist adından sui-istifadə edən, bazar açan ünsürlər yayılıb. “Reket jurnalistika”dan əziyyət çəkirik. Mətbuat Şurasının hüquqi statusunun yenilənməsi ilə “reket jurnalistika”ya qarşı mübarizədə, mətbuatda balanslaşdırılmanın aparılmasında ciddi addım atmış olarıq. Buna zəruri ehtiyac var”.
Geri qayıt