Heydər Əliyevin 95 illiyi ilə bağlı amnistya verilməsi təklif edilib

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
O, bununla bağlı "Amnistiya aktı"nın qəbul edilməsini, həbsdə olan bir sıra şəxslərin günahların bağışlanmasını təklif edib: "Humanizm ümummilli lider Heydər Əliyevin əsas prinsipi olub, onun ad günü ərəfəsində bir sıra amnistiya aktları olub, insanlar azadlığa çıxıb. Növbəti dəfə belə bir aktı hazırlamaqla yaxşı addım atmış olarıq”.