Mirşahin yeni televiziya açır - ANS-çilər orda
İki il əvvəl bağlanan ANS-in vitse –prezidenti Mirşahin Ağayev yeni televiziya açır
“Qafqazinfo”ya daxil olan məlumata görə, Mirşahin komandasını tam formalaşdırıb.
Onların arasında ANS-in tanınmış simaları Ləman Ələşrəfqızı başda olmaqla, Azadə Balayeva, Afət Telmanqızı da var.
Kanal hələ ki, internet üzərindən yayımlanacaq. Ötən həftədən sınaq çəkilişlərinə start verilən TV-nin 10 günə ictimaiyyətə təqdim olunacağı bildirilir.
Bütün televiziya fəaliyyətini ANS-in prezidenti Vahid Mustafayevlə bərabər həyata keçirən Mirşahinin yeni işində silahdaşı ilə birgə olub-olmaması barədə dəqiq məlumat yoxdur. İlkin məlumatlara görə, layihə Mirşahinə məxsusdur.
Məsələylə bağlı jurnalistdən açıqlama almaq mümkün olmayıb.
Geri qayıt“Qafqazinfo”ya daxil olan məlumata görə, Mirşahin komandasını tam formalaşdırıb.