DYP-nin Ekologiya Postunda izahatı polis yox, mülki şəxslər alır – Bəs Fuad Mayılov hara baxır?

DYP-nin Ekologiya Postunda izahatı polis yox, mülki şəxslər alır – Bəs Fuad Mayılov hara baxır? “Allah adamı mərdimazarlardan, bir də bizim səhlənkar yol polislərindən qorusun”.
Bu sözləri “Azinforum” saytının baş redaktoru, tanınmış jurnalist Məhəmmədəli Qəribli sosial şəbəkədəki özünün səhifəsində yazıb.
O, Bakı-Xırdalan yolunun hər gün tixac olmasını xatırladaraq, bu gün başına gələnlərin timsalında yol polisi sistemində, xüsusi ilə “Ekologiya postu” deyilən postda yaşanan neqativ halları qabardıb:
“Bu yolun səhər və axşam saatlarında hansı vəziyyətdə olduğunu, yəqin ki, bilirsiniz. Bu gün səhər saat 9-10 arası həmin yolla işə gəlirdim. Yol həmişəki kimi tıxac idi. Təsəvvür edin ki, dayandığım yerdə birdə gördüm ki, köhnə bir “OKA” markalı maşın kaskadyorluq edərək, sol tərəfdən mənim maşınımın qabaq hissəsindən vurdu, sonra gedib qabaqdakı başqa iki maşına da zərər yetirdi.
Maraqlıdır ki, həmin maşının üstündə dövlət nömrə nişanı belə yox idi. Fotodan (jurnalist yazısında hadisə ilə bağlı bütün fotoları da təqdim edib – Mia.az) bunu aydın görmək mümkündür. Mənə bu qəza olduqca maraqlı gəldi: axı, tıxac şəraitində bu adam həmin sürəti necə yığa bilmişdi? “OKA”nın duruşundan da görünür ki, yüksək sürətlə maşınlara necə toxunubsa, çevrilib getdiyi yolun əksinə durub”.

Jurnalist bildirib ki, hadisə yerinə gələn polis işçilərinin ilkin davranışları onu çox təəccübləndirib:

“Onlar heç bir zəruri hərəkət aparmadılar. Gülə-gülə, ironik tərzdə verdikləri ilk sual bu oldu: “Ölən yoxdu ki?”. Onlardan hadisə yerinin ilkin müayinəsi aparmağı tələb etdim. Heç nə etmək istəmədilər. Mənim təkidli tələblərimdən sonra, bir- iki foto çəkdilər. Bu ərazi DYP-nin Ekologiya Postunun xidməti ərazisinə aiddir. Bu səbəbdən də, hadisəni onlar “araşdırmağa” başladılar. Yalnız özümün araşdırmasından sonra məlum oldu ki, “OKA”-nı idarə edənin məhz həmin maşını sürmək üçün etibarnaməsi belə yoxdur. 3 saata yaxın Ekologiya Postunda qaldıq.
Baxdım ki, bu işin araşdırılmasında maraqlı deyillər. Onların hərəkətlərindən yalnız kimdənsə pul qoparmaq maraqlarının olduğunu sezdim. Təkidli tələblərimdən sonra, qəzanı törədənin maşını cərimə meydançasına salındı. Bir az səs-küy salandan sonra isə qəzanı törədəndən və zərərçəkən avtomobillərin sahiblərindən izahat almağa başladılar”.

Jurnalist daha sonra oduqca diqqətçəkən fakt açıqlayıb:

“Nə qədər maraqlı olsa da, həmin DYP postunda izahatları polislər deyil, mülki vətəndaşlar alır. Orda belə adamlar çox gözə dəyir və post əsl alverxananı xatırladır. Dövlətin polis idarəsində niyə izahatları mülki adamlar almalıdır? Bunu anlaya bilmirəm. Sonra kapitan rütbəli bir polis mənə dedi ki, mən 40 manat cərimə edib bunu buraxmalıyam, gör nə qopara bilirsən, sonra gec olacaq.
Mənim avtomobilimə dəyən ziyan bundan ibarətdir ki, buferin qabaq hissəsi cızılıb və sol tərəfdəki qabaq faram sınıb. Tək faranın qiyməti 1300 manatdır. Bizi əzən avtomobilin isə sığortası yoxdur. Maşını sürən “yoluq” deyir ki, vur məni öldür bir qəpiyimdə yoxdur. Ancaq mənim gözümüm qabağında DYP əməkdaşları qəzanı törədənlə alver edib digər zərərçəkənlərə pul verib onları yola saldılar. Mənə dəyən ziyan çox olduğu üçün, buna girişməkdə maraqlı deyillər. Həmin postun rəisi Fuad Mayılov adlı adamdır.
Onun barəsində indiyə kimi mediada olduqca neqativ məqalələrə rast gəlmək mümkündür. Bu gün həmin məlumatların həqiqət olduğuna əmin oldum. Hətta hesab edirəm ki, əlaqədar qurumların o posta baş verənlərdən xəbəri yoxdur. Mənim başıma hadisə gəlməsəydi, mən də bilməyəcəydim. Mülki adamlar izahatları Balakişi Əhmədovun adına alırdılar. Bir daha əmin oldum ki, bu postda yaşananlarla bağalı DYP-nin tanınmış simalarından olan Balakişi Əhmədovun da ətraflı məlumatı var. İndi mən nə etməliyəm?”.

Məsələ ilə bağlı Ekologiya Postunun rəisi Fuad Mayıovun mövqeyini də dinəməyə hazırıq.
DYP-nin Ekologiya Postunda izahatı polis yox, mülki şəxslər alır – Bəs Fuad Mayılov hara baxır?
DYP-nin Ekologiya Postunda izahatı polis yox, mülki şəxslər alır – Bəs Fuad Mayılov hara baxır?
DYP-nin Ekologiya Postunda izahatı polis yox, mülki şəxslər alır – Bəs Fuad Mayılov hara baxır?
DYP-nin Ekologiya Postunda izahatı polis yox, mülki şəxslər alır – Bəs Fuad Mayılov hara baxır?
DYP-nin Ekologiya Postunda izahatı polis yox, mülki şəxslər alır – Bəs Fuad Mayılov hara baxır?
Geri qayıt