Əbülfəz Elçibəyin yaxın qohumu vəfat etdi

Əbülfəz Elçibəyin yaxın qohumu vəfat etdi Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin dayısı oğlu Seyfəddin Əhmədov dünyasını dəyişib.

O, 12 gün əvvəl komaya düşərək 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Beyninə qan sızan Seyfəddin Əhmədovun dünən həyatını itirib. Mərhumun yas mərasimi sabah Bakıxanovda yerləşən məsciddə olacaq.

Qeyd edək ki, 67 yaşlı Seyfəddin Əhmədov Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Ərəb dili və tarix fənlərini tədris edirdi.
Geri qayıt