Elxan Süleymanovun "kitabı bağlanır"? - Deputat AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarıldı

Elxan Süleymanovun "kitabı bağlanır"? - Deputat AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarıldı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin bir neçə deputatı Azərbaycanın qurumdakı nümayəndə heyətinin tərkibindən çıxarılıb.

Bundan əvvəl Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə Səməd Seyidov, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elxan Süleymanov, Rəfael Hüseynov, Rövşən Rzayev, Müslüm Məmmədov, Elşən Musayev, Vüsal Hüseynov daxil idi.

Modern.az-ın məlumatına AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılan deputatlardan birincisi Elxan Sülyemanovdur.

Qeyd edək ki, 77 yaşlı Elxan Süleymanov son zamanlar nə Milli Məclisin komitə iclaslarına, nə də iclaslara qatılırdı. Həm yaşı, həm də ssəhhəti nəzərə alınaraq o, nümayəndə heyətinin tərkibindən uzaqlaşdırılıb.

Modern.az Azərbaycanın AŞPA-dakı nümayəndə heyətindən çıxarılan digər iki deputtaın da adını dəqiqləşdirə bilib: bunlar Müslüm Məmmədov və Elşən Musayevdir.
Geri qayıt