"Xaləddin İsgəndərovdan icazə alan işbazlar..." - ŞİKAYƏT

"Xaləddin İsgəndərovdan icazə alan işbazlar..." - ŞİKAYƏT Binəqədi rayonu 9 mkr, Mir Cəlal 55 ünvanında yaşıllıqlar məhv edilir.
Məlumata görə, müraciət edən sakinlər bildiriblər ki, qeyd olunan ünvanda kiçik torpaq ərazisi hansısa işbazlar tərəfindən alınaraq obyekt tikilir.
Ərazidə aparılan müşahidələr nəticəsində məlum olub ki, həmin ərazidən həm də yüksək gərginlikli elektrik xətti və su borusu keçir. Hər iki xətt dövlət büdcəsi hesabına bir neçə il bundan əvvəl dəyişdirilib.
Görünən odur ki, tikintiyə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdan icazə alan işbazlar "Azərenerji” və "Azərsu” rəsmilərindən də razılıq əldə edərək həmin xətlərin yerini elə dövlətin büdcəsi hesabına təkrar dəyişdirməyə nail olublar.
Sakinlər qeyd edib ki, məhəlləyə giriş birtərəfli bağlanıb. Ağacların dibi qazılaraq yararsız hala gətirilib.
Qeyd edək ki, həmin ünvandan bir az kənarda yenə böyük bir ərazi hasarlanaraq tikintiyə hazırlanır.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakının 6-cı mikrorayon ərazisində yerləşən zeytun bağının bir hissəsi məhv edilib və həmin ərazidə tikinti işləri aparılır.
Mətbuatda yayılan xəbərlərdən belə aydın olur ki, Heydər məscidinin yaxınlığında zeytun bağının bir hissəsinin məhv edilərək, yerində tikinti işlərinə başlanılması prosesinin arxasında birbaşa olaraq Binəqədinin icra başçısı Xaləddin İsgəndərov dayanır. Məhz icra başçısının birbaşa tapşırığı ilə əraziyə ağır texnika yeridilərək ağaclar məhv edilib, ərazidə tikinti işlərinə başlanılıb.

XəzərNews.az

Geri qayıt