Ramiz Zeynalovun 1 milyonunu apardılar- DÖVLƏT YOL POLİSİNDƏ ŞOK OĞURLUQ OLAYI

Ramiz Zeynalovun 1 milyonunu apardılar- DÖVLƏT YOL POLİSİNDƏ ŞOK OĞURLUQ OLAYI Bu günlərdə Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) şok oğurluq hadisəsi baş verib.

Gununsesi.info-nun adıçəkilən orqandakı mənbələrə istinadən verdiyi xəbərə görə, BDYPİ-nin rəisi general Ramiz Zeynalova məxsus 1 milyon manat pul aparılıb.

Mənbəmizin iddiasına görə, həmin vəsait qeyri-leqal olduğundan general mümkün qədər hadisənin ictimailəşməməsi üçün tapşırıq verib. Bununla belə oğurluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Pul aparılan otaqda ekspertizalar təyin olunub.

Pulun isə idarədə təmirlə məşğul olan fəhlələrdən birinin aparması qənatinə gəlinib.

Məsələ ilə bağlı BDYP-nin sözçüsü Kamran Əliyevlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

Mövzuya qayıdacağıq.

Gununsesi.info
Geri qayıt