Valeh Cəfərov Prezidentin fəxri diplomu ilə təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Valeh Cəfərovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda qeyd olunur ki, Azərbaycanda kimya elminin inkişafındakı xidmətlərinə və Sumqayıt şəhərinin sosial-iqtisadi həyatında fəal iştirakına görə Valeh Cabbar oğlu Cəfərov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
