Heydər Əliyevin keçmiş cangüdəni vəfat edib

Heydər Əliyevin keçmiş cangüdəni vəfat edib “İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr Alekseyeviç İvanov bu gün səhər saatlarında Moskvada beyin qansızmasından dünyasını dəyişib.

"İnterfax"a istinadən xəbər veririk ki, A.İvanov 1950-ci il iyulun 12-də Bakıda anadan olub. Uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışıb, mərhum lider Heydər Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri olub.

2005-ci ilin avqustunda "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru təyin olunub.
Geri qayıt