Eldar Mahmudovun bu qədər borcu var - FOTOFAKT

Eldar Mahmudovun bu qədər borcu var - FOTOFAKT Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov artıq bir neçə dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsinə çağırılıb və müxtəlif epizodlar üzrə dindirilib. Hər dəfə idadərən çıxarkən yayılan görüntülərdə diqqət çəkən məqam isə sabiq nazirin gəzdiyi BMV-740 markalı, 90 KU 868 dövlət nömrə nişanlı avtomobildir.
Avtosfer.az-ın apardığı araşdırma zamanı məlum olub ki, həmin avtomobil Məlikov Teymur Fərhad oğlunun adınadır. Avtomobil təkcə bu il 7 dəfə sürət həddinin aşılmasına görə radara düşüb. Onlardan 5-i 10 manatlıq, ikisi isə 150 manatlıq – 6 ballıq cərimələrdir. Bundan əlavə, həmin cərimə bildirişlərini sürücüyə çatdırmaq mümkün olmadığı üçün avtomobilin saxlanlması və sənədlərin təqdim edilməsi barədə qərar çıxarılıb.
Eyni zamanda, avtomobilin üzərində qeydiyyatla bağlı məhduiyyət var. Belə ki, avtomobil satıla və ya təkrar qeydiyya alına bilməz. Problem Səbail rayon İcra Şöbəsinin qərarı ilə bağlıdır. Hansısa maliyyə probleminə görə avtomobilə məhdudiyyət qoyulub.
Eldar Mahmudovun bu qədər borcu var - FOTOFAKT
Eldar Mahmudovun bu qədər borcu var - FOTOFAKT
Geri qayıt