Vəkili Elçin Sadıqov: “Əvəz Zeynallı məhkəmə qarşısına çıxarılacaq”

Vəkili Elçin Sadıqov: “Əvəz Zeynallı məhkəmə qarşısına çıxarılacaq” "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün məhkəmə qarşısına çıxarılacaq

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, ötən gün Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Ə.Zeynallıdan izahat alınıb: "Əvəz Zeynallı çəkiliş aparan zaman Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və daha sonra ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmama) inzibati iş qaldırılıb. Bu gün Əvəz Zeynallı Binəqədi Rayon Məhkəməsinə aparılacaq, lakin hələlik məhkəmənin vaxtı açıqlanmayıb".
Qeyd edək ki, Ə.Zeynalı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. 2014-cü ilin dekabr ayında əfv sərəncamı ilə azadlığa buraxılıb.
Geri qayıt