Deputatdan təklif: Ordu qəbiristanlığı yaradılsın

Bu təkliflə Milli Məclisin Regional siyasət məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə çıxış edib.
O qeyd edib ki, dünyada bu praktika var və orduda həlak olanların ayrıca, standart qəbirlərdən ibarət qəbiristanlığının olması mümkündür.
Komitə sədri bunun "Ordu qəbiristanlığı" adlandırıla biləcəyini də deyib.