Fazil Məmmədovun velosipedçilərini cərimə meydançasına apardılar-Fotolar

Fazil Məmmədovun velosipedçilərini cərimə meydançasına apardılar-Fotolar Bakıda velosipedçilər cərimə meydançasına aparılıb.
Məlumata görə, velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin “Synergy Baku” kontinental klubunun üzvləri bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılıb.
Federasiyadan bildirilib ki, məşq prosesləri zamanı velosipedçilər və məşqçilər tərəfindən təhlükəsizlik qaydalarına tam riayət olunub və mütləq şəkildə idmançıları federasiyanın avtomobilləri müşayiət ediblər. Bundan başqa, qrup şəklində məşqə çıxan velosipedçilər hər zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun bütün tələblərinə riayət edirlər:
“Artıq bir neçə ildir ki, velosipedçilərimiz məşq prosesini məhz bu cür keçirlər və onların kütləvi şəkildə YPX tərəfindən cərimə meydançasına aparılması ilk dəfədir ki baş verir”.
Məlumat üçün bildirək ki, Azərbaycan Velosiped İdmanı Federasiyasına keçmiş vergilər naziri Fazil Məmmədov rəhbərlik edir.

Geri qayıt