Naxçıvan Daxili İşlər Nazirindən qanunsuz göstəriş: Müxtar Respublikaya göndərilən hədiyyələr müsadirə edilsin

Naxçıvan Daxili İşlər Nazirindən qanunsuz göstəriş: Müxtar Respublikaya göndərilən hədiyyələr müsadirə edilsin Təxminən bir ay öncə paytaxtdan MR-ə göndərilən hədiyyə Bakı və Naxçıvan aeroportlarının müvafiq qurumlarından keçəndən sonra polis tərəfindən müsadirə edilib. Hadisə ilə bağlı məlumat verən mənbə bildirdi ki, əslində Muxtar Respublikaya göndərilən və yerli hakimiyyətin monopoliyasına daxil olan xarici markalı hər hansı məhsul aeropotun çıxışındaca polis tərəfindən qanunun tələbləri kobud şəkildə pozularaq yenidən yoxlamaya məruz qalır. Polis MR-ə gətirilən məhsulun hədiyyə belə olduğunu bildiyi halda, onu hər hansı rəsmi akt tərtib etmədən, həmən müsadirə edir. Göründüyü kimi hər – hansı xarici ölkə sərhəddi keçmədən belə paytaxtdan əyalətə göndərilən hədiyyə, məhz Naxçıvanda “təhlükəli” mal anlamına gəlir. Bu uşaq oyuncağı olsa belə. MR Ali Məclisinin sədri Vasif Talıbovun bir müddət öncə qudası ilə bağlı imzaladığı sərəncam artıq fəsadlarını verməkdədir. Əhməd Əhmədovun görəvindən alınmasından sevinən sadə naxçıvanlılar yeni quda – nazirin təyinatından sonra idarəçiliyin MR Ali Məclisinin sədri cənab Vasif Talıbov siyasətinin davamı olacağını güman edirdilər. Təssüf ki, quda – nazir yeni “idarəçilik” prinsipi ilə bu cür düşünənləri xəyal qırıqlığına uğratdı. Onu da qeyd edək ki, hələ də hər zaman sadə xalqın mövqeyindən çıxış edən V.Talıbovun etimadından sui – istifadə edilməkdədir.

Mövzu ilə bağlı araşdırmamaız davam edir.

Bizi izləyin.

Redaksiya yazıda adı çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırdır.

BakuNews.az
Geri qayıt