Deputat Əsabil Qasımovun mülklərinin sayı-hesabı yoxdur! Amma qardaşı oğlu E.Qasımov kirayədə yaşayır

Deputat Əsabil Qasımovun mülklərinin sayı-hesabı yoxdur! Amma qardaşı oğlu E.Qasımov kirayədə yaşayır Bakunews.Az media üzərindən apardığı araşdırmalarla müəyyən edilib ki, Ə.Qasımovun külli miqdarda nəğd pul vəsaiti və mülkləri mövcudur. Belə ki, Ə.Qasımovun çoxsaylı tikinti şirkətləri ilə tikdirdiyi binaların sayı, hesabı yoxdur. Bu qədər mənzillərə və mülklərə sahib olan Milli Məclisin deputatı Əsabil Qasımovun doğma qardaşı oğlu E.Qasımovun kirayə mənzildə yaşaması bir çox gizli mətləblərdən xəbər verir. İmkansız və xəstə qardaşı oğlu kirayədə yaşadığı halda, saysız-hesabsız mülk sahibi olan Ə.Qasımov doğma qardaşı oğluna bu qədər laqeyd yanaşması, seçicilərinə olan diqqət və qayğının hansı səviyyədə olmasından xəbər verir. Bu şəxsin seçicilərinə qarşı da laqeyd yanaşması onu tanıyanlarda şübhə yaratmır. Milli Məclisdə lal deputat kimi statusa malik olan nəhəg iş adamı imkansız və xəstə qardaşı oğluna mənzil vermir.

Mövzu diqqətdədir.

Bakunews.Az
Geri qayıt