Yasamal DYP- nin əməkdaşı sürücünün avtomobilini əlindən aldı

Yasamal DYP- nin əməkdaşı sürücünün avtomobilini əlindən aldı 4 dekabr 2017 ci il tarixində Rahib Qabil oğlu Əmrahov Avtomobil Dövlət Qeydiyyat nişanı 90 LX 037 olan Hyunday Sonata markalı avtomobili idarə edərkən Yasamal DYP- nin əməkdaşları tərəfindən Binəqədi rayonu Sulutəpə dairəsində saxlanılmışdır. Redaksiyamıza müraciət edən R. Əmrahov bildirmişdir ki, o, Sulutəpə qəsəbəsi "Çiçək" yaşayış masivi bina 12 mənzil 60 sakinidir. Təxmini saat gecə 23-30 radələrində işdən qayıdarkən 20 yanvar dairəsində apteklərin birindən dava dərman alıb evə xəstəsinin yanına tələsirmiş. Ümumiyyətlə Rahib Əmrahov içki və ya siqaret qəbul etmir. (Namaz əhlidir) Sulutəpə dairəsində TASOIL yanacaq doldurma məntəqəsinə daxil olanda DYP- nin xidməti patrul avtomobili ona saxlama və durma əmri verib. Sürücü R. Əmrahov DYP- nin əməkdaşlarından saxlanmasının səbəbini soruşduqda sürət hədini aşmısınız cavabını alır.
Avtoxiliqansınız deyərək avtomobili yaxınlıqda olan BDYP- nin dayancağı olduğu halda Yasamal DYP- nin dayanacağına aparıblar. Sürücü aldığı dava dərmanı və xəstə atasının resepini görsədərək evdə ağır xəstəsi olduğunu bildirsədə DYP- nin əməkdaşı ona təziq görsədib, özü avtomobili idarə edərək saxlanacağa aparıb. 284 dövlət qeydiyyat nişanı olan DYP- patrul nəfərləri sürücüyə tez- bazar 750 azn avtoxilqanın cərməsidir nə verirsən buraxaq deyib gözdəyiblər.
Sürücünün yanında olan iş yoldaşı Rəhim Qədir oğlu Salahov DYP- nin əməkdaşlarına bizim günahımız olmadığı halda niyə pul ödəməliyik dedikdə, DYP- nin əməkdaşları onda sabah gələrsiniz Yasamal rayon DYP- nin 2 ci otağına deyib avtodayanacağın qarolçusuna öz tapşırıqlarını verib uzaqlaşdılar.
Sürücünün sənədlərini özünə qaytaran və heç bir sənədə qol çəkdirməyən, heç nəyi sənədləşdirməyən DYP-nin əməkdaşları sürücüdən yalnız telfon nömrəsini istəyiblər.
Maraqlıdır avtoxliqan adı ilə cərimə meydançasına aparılan sürücünün sənədləri alınmır,həkim yoxlanmasına getmir, hansısa qanun pozuntusuna görə sənətləşmir....
Yalnız pulun məbləği, telfon nömrəsi və səhər gələcəyi otaq deyilir. Ağır vəziyyətdə xəstəsi olan, əlində dava dərmanla iki iş yoldaşı Yasamaldan taxsi vasitəsilə kor peşiman Sulutəpə qəsəbəsi "Çiçək" yaşayış masivinə yaşadıqları evə gəlirlər.
Bu hadisə barədə 102 və 161 qaynar xəttlərinə məlumat verən Azpress.Tv nin əməkdaşı olan Rəhman Qabil oğlu Əmrahov 5 dekabr 2017 ci il tarixində saat 11 də Yasamal rayon DYP- nin bölməsinə gedib. Bölmədən dünən sizin avtomobilinizi saxlanca qoyan DYP-nın əməkdaşlarının saat 3 dən sonra olacaqları bildirilib.
Saat 4 də 2 ci otaqda qəbul olunan R. Əmrahov səbəbsiz yerə saxlanmağın səbəbini soruşduqda mülkü geyimsiz bir şəxs 750m avtoxuliqanın cəriməsidir biz pulsuz burdan heç kimi buraxmırıq nə verə bilərsən deyərək Rəhman Əmrahovun üzünə baxır. R. Əmrahov hansı əsasla qanunsuz avtomobil saxlanır və dayanacağa yerləşdirilir?

Yasamal DYP- nin patrul avtomobili Sulutəpə qəsəbəsində hansı vəzifəni yerinə yetirirdi?

Yanacaq doldurma məntəqəsində sürücünün avtomobilini əlindən alan DYP- nin əməkdaşına nə adı verək? Qanunla necə tənzimlənir, bu məsələ qanunda necə həllini tapır? Heçnə sənədləşməmiş, sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu alınmadan, sürücü həkim müayinəsindən keçmədən 750m rüşvət istəyən DYP- nin əməkdaşına hansı haqqı vermək olar?

Qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt