Cəriməsini ödəməyən piyadalar haqda - Açıqlama

Cəriməsini ödəməyən piyadalar haqda - Açıqlama Azərbaycanda cəriməsini ödəməyən piyadalara qarşı sərt cəza tədbirləri görülür.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. O bildirib ki, cəriməsini ödəməyən piyadaların ölkədən çıxışına qadağa qoyulub: “Həmçinin onların ölkə banklarından kredit götürməsi də mümkün olmayacaq: “Yol hərəkəti haqqında” qanunun 4-cü maddəsinin tələbləri pozulursa, piyadalar inzibati qaydada məsuliyyətə cəlb olunur. Bu günə qədər 2016-ci ildə elə 130 min piyada məsuliyyətə cəlb edilib. Cərimə məbləğinin ödənilməsi məsələsi nəzarətdədir. Piyadalrın məsuliyyətə cəlb edilməsi prosesi mütləq baş tutacaq”.
Geri qayıt