Bütün qadınların sevdiyi “qara cümə” günü...

Bütün qadınların sevdiyi “qara cümə” günü... Bu gün dünyanın bir çox ölkəsində “black friday” (qara cümə) qeyd olunur. xalqxeber.az xəbər verir ki, “black friday” ABŞ-da “şükran günü”ndən sonra gələn ilk cümə gününə deyilir. Həmin gün 1932-ci ildən bu yana Yeni il alış-verişinin başlanğıcı kimi bilinir. Bu səbəbdən mağazalar gecə saatlarına kimi bağlanılmır və gözlənilməz endirimlər olur.
Odur ki, hər il çox insan, xüsusilə də, alış-veriş “dəlisi” olan qadınlar bu günü səbirsizliklə gözləyir. Alıcıların çoxluğu mağazalarda xeyli uzun sıralara, sıxlığa səbəb olur. Bunun nəticəsidir ki, son bir neçə ildə mağazalarda yaralanan, sıxlığa görə özündən gedən və s. müştərilərin sayı xeyli artıb. Hətta ölüm halları da baş verib. Belə ki, Nyu-yorkda səhər saat 5 radələrində qapı açılan kimi mağazaya daxil olan qadın sıxlığı əvvəlcə qapını qırıb, daha sonra isə 34 yaşlı mağaza işçisini əzərək öldürüb.
Artıq bir neçə ildir ki, Azərbaycanda da “black friday” günündə bir neçə mağaza və şirkətlər tərəfindən endirimlər tətbiq olunur. Bu il isə bu rəqəm daha yüksəkdir. Belə ki, paytaxtın məşhur alış-veriş mərkəzlərində hazırda 30,50 və 70 faizədək endirimlər var. Bu səbəbdən bəzi mağazalarda sıxlıq xeyli artıb.
Hazırki vəziyyəti müşahidə etmək üçün bir neçə məşhur markaya baş çəkdik. Görünən odur ki, iş vaxtı olmasına baxmayaraq "Mall"larda fəaliyyət göstərən mağazalarda müştəri sıxlığı var. Kassalarda uzun növbələrin şahidi olduq.
Son olaraq onu da geyd edək ki, Avropa ABŞ-da endirimlər yalnız 1 gün müddətində olsa da, paytaxtda ayın 27-nə kimi davam edəcəyi gözlənilir.

“Qafqazinfo”
Geri qayıt