“Gilan Holdinq”in “bosslarından” olan Bilal Həsənov ...

“Gilan Holdinq”in “bosslarından” olan Bilal Həsənov ... “Gilan Holdinq”in Qobustan rayonunda fəaliyyət göstərən müəssisələrinin idarəedilməsinə cavabdeh olan Bilal Həsənov barəsində maraqlı məlumatlar daxil olub. Bildirilir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun köməkçilərindən birinin kürəkəni olan Bilal Həsənov “Gilan Holdinq”də fəaliyyətinin nəticəsi olaraq əməlli-başlı oliqarxa çevrilib. Onun dəbdəli villaya, çoxsayı mənzillərə və avtomonillərə sahibləndiyi iddia edilir. Bildirilir ki, Bilal Həsənovun təkcə Bakıxanov qəsəbəsində 4 mənzili və 1 villası var. Həmçinin bahalı avtomobillərinin sayını 5-ə çatdırıb.
Bilal Həsənov “Gilan Holdinq”də çalışmaqla özünə də biznes imperiyası qurub. Qobustan rayonunda asfalt zavodu, çörək sexi və daş karxanası açıb. Rayonda 800 hektara yaxın torpaq sahəsi alıb. Həmin ərazidə fermer təsərrüfatı yaradacağı ehtimal edilir. Bilal Həsənovun paytaxtda da bir neçə obyektinin fəaliyyət göstərdiyi bildirilir.
Təbii ki, Bilal Həsənovun biznes fəaliyyətilə məşğul olmasında, sərvət sahibinə çevrilməsində qəbahət yoxdur. Əgər bütün bunlar qanuni baş veribsə. Daxil olan məlumatlarda onun hansısa qanunsuzluqlar törətdiyi barədə qeyd yoxdur. Maraqlı məqam bundan ibarətdir ki, Bilal Həsənov hansısa səbəbdən sərvətini gizlətməyə çalışır. Daxil olan məlumatlara inansaq, Bilal Həsənov biznesi barədə danışmağı xoşlamır. Hətta bəzi hallarda obyektlərini başqalarının adına çıxır.
Bəzi ehtimallara görə, Bilal Həsənovun biznesi barədə məlumatların yayılmamasına , əmlakını bacardığı qədər gizli saxlamağa çalışması bütün şəxsi biznes əməliyyatlarını “bosslarından” xəbərsiz həyata keçirməsilə əlaqədar ola bilər. Bu isə Bilal Həsənovun “Gilan Holdinq”dəki fəaliyyətinin qaranlıq tərəflərinin olmasına şübhələri artırır.

Anaxeber.az
Geri qayıt