MTN polkovnikinin vəkili dəyişdi

MTN polkovnikinin vəkili dəyişdi Həbsdə olan MTN polkovniki Səlim Məmmədovun vəkili dəyişib. İstintaq dövründən başlayaraq polkovnikin hüquqlarını müdafiə edən vəkil Cavid Rzazadə işdən uzaqlaşıb. S.Məmmədovu apellyasiya instansiyasında vəkil Elçin Sadıqov təmsil edəcək.

Vəkil C.Rzazadə açıqlamasında məlumatı təsdiqləyib və bildirib ki, S.Məmmədovla yeni müqavilə imzalamayıblar: “Səlim Məmmədov tərəfindən hüquqların müdafiəsinin davam etdirilməsi təklif olunsa da, mənim işlərimin çoxluğuna görə növbəti mərhələdə vəkil olmaqdan imtina etdim.

Hazırda bir neçə digər ağır işlərlə məşğulam”.

Qeyd edək ki, S.Məmmədov rəisi Akif Çovdarovla birgə ittiham edilir. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Çovdarov 12 il, S.Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Onlar hökmdən apellyasiya şikayəti veriblər.
Geri qayıt