Yasamal sakinlərinin gözü yolda qalıb... - Rayon hələ də başçısızdır

Yasamal sakinlərinin gözü yolda qalıb... - Rayon hələ də başçısızdır "Təzadlar"ın elektron poçtuna daxil olan məktubu ixtisarla təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub.
Çox Hörmətli cənab Prezident!
Mən Sizə Yasamal rayonu Zahid Xəlilov küçəsi 36B binasının sakinləri adından dan yazıram. "Elite city" şirkəti tərəfindən guya ki, bizim binaların yerinə çoxmərtəbəli bina tikiləcək. Buradakı ağaclar şirkət tərəfindən sakinlərin narazılığına baxmayaraq kəsilib, məhv edilib. Bina sakinləri olaraq dəfələrlə Yasamal rayon İcra Hakimiyyətinə şikayətə getmişik. Ancaq başçını əvəz edən Səməd İslamovun qəbulunda olsaq da şikayətimiz nəticəsiz qalıb.
...Səməd İslamovun bizim problemlərimizlə məşğul olmağa vaxtı yoxdur.
Cənab prezident, mən Yasamal sakinləri adından rayonumuza başçı təyin etməyinizi çox xahiş edirəm. Rayonumuz və sakinlərimiz, sanki yiyəsiz qalıb, dərdini deməyə icra başçısı istəyir.
Hörmətlə,
Yasamal rayonu
Zahid Xəlilov küçəsi 36B
Geri qayıt