“Quli” gəncəli “qanuni oğru”nun statusunu dayandırdı

“Quli” gəncəli “qanuni oğru”nun statusunu dayandırdı Azadlığa çıxdıqdan sonra Türkiyədə məskunlaşan “Lotu Quli” kimi tanınan Nadir Səlifov kriminal aləmdə səs-küy yaradan bir addım atıb

O, əslən gəncəli olan “Albert Rıjıy” kimi tanınan “qanuni oğru” Əli Heydərovun statusunu dayandırıb.

Bu barədə primecrime.ru saytı məlumat yayıb. Məlumatda bildirilir ki, “Quli” hazırda Mari-Eldəki həbsxanaların birində cəza çəkən “Albert Rıjıy”ın “qanuni oğru” statusunu dayandırıb. Buna səbəb isə ona “bəzi sualların” olmasıdır.
“Lotu Quli” ilə “Albert Rıjıy”ın həqiqətən də həll ediləsi bir məsələsi var. Çünki “Quli” həbsdə olanda “Albert Rıjıy” onu sui-qəsddə ittiham edib, hətta bu işlə bağlı məhkəmə də keçirilib. 2014-cü ildə keçirilən bu məhkəmədə rəsmi ittihamda bildirilirdi ki, həmin ilin mart ayının 18-də iki killer “Albert Rıjıy”ı öldürmək məqsədilə onun yaşadığı evin ətrafında pusqu qurub.”Kalaşnikov" avtomatı və iki tapança ilə silahlanan muzdlular məqsədlərinə çata bilməyiblər. Polis azərbaycanlı avtoriteti qətlə yetirmək istəyənləri həbs edib. Rusiya mətbuatı o zaman yazırdı ki, həbs edilənlər deyiblər ki, azərbaycanlı “vor zakon” un qətlinin sifarişini Peterburqda yaşayan bir nəfərdən alıblar. Bir neçə gün sonra Gürcüstanda anadan olmuş İlham Hacıyev də həbs edilib. İddia olunurdu ki, “Hamlet” “Lotu Quli”nin qohumudur.
Sifarişdə “Lotu Quli”nin adının hallanması kriminal aləmin diqqətini dərhal bu mövzuya yönəldib. Piterdə keçirilən “sxodka”da iştirak edən bəzi “qanuni oğru” lar “Albert Rıjıy”a sui-qəsdə “Quli”nin adının hallanmasına etiraz ediblər. Onlar deyiblər ki, sui-qəsd məsələsini “Albert Rıjıy” özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.
Məhkəmə də sonda sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan İlham Hacıyevə tam bəraət verilib. Muzdlu qatillər hesab edilənlər isə bəraət alıb. “Quli” “bəzi suallar” dedikdə heç şübhəsiz ki, həm də bu ittihamı nəzərdə tutur.
“Albert Rıjıy” kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. “Albert Rıjıy” “qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər-Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. “Albert Rıjiy” bu ilin yanvarında Sankt-Peterburq məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. 35 yaşlı azərbaycanlı kriminal avtoritetin məhkəməsi iki ilə yaxın davam edib. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçməkdə, saxta sənəddən istifadədə və qarətlərdə günahkar bilinirdi.
Geri qayıt