KƏMALƏDDİN HEYDƏROV İCLASDA MÜAVİNİ TAPDIQ ƏMİRASLANOVA TƏPİNDİ – ŞOK

KƏMALƏDDİN HEYDƏROV İCLASDA MÜAVİNİ TAPDIQ ƏMİRASLANOVA TƏPİNDİ – ŞOK Yerli mətbuatın verdiyi xəbərə görə təxminən bir ay əvvəl FHN-də nazir Kamaləddin Heydərov iclas keçirəndən sonra FHN-nin kadrlar idarəsinin rəisi və bir neçə yüksək rütbəli məmurlar öz vəzifələri ilə vidalaşmalı olublar.
Bildiyiniz kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov işdən ayrılması ilə bağlı mediaya açıqlama verib.
FHN-nin ictimaiyyətlə əlaqə idarəsinin rəisi Səbuhi Ağayev də işdən çıxarılıb.
Bundan başqa həmin məlumata görə Kəmaləddin Heydərov ən yaxın adamlarından birini, sağ əli kimi tanınan – uzun illər onunla çiyin-çiyinə çalışmış, Fövqəladə Hallar Nazirliyinin Kadr Siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanı da tutduğu vəzifəsindən uzaqlaşdırıb.(Düzdür ,sonradan bu məlumat təkzib olunub-red.) Həmçinin bildirilir ki,FHN-də ixtisarlar davam edir.
İddialara görə, FHN-də baş verən kütləvi ixtisarların kökündə külli miqdarda yeyinti faktları və etimad problemi dayanır.
FHN-dəki etibarlı mənbədən 365info.az-a daxil olan məlumata görə həmin iclasda danlananlardan biri də Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov olub.
Belə ki, iclasda nazir Kamaləddin Heydərov Tapdıq Əmiraslanova bir neçə irad bildirib və hətta ona belə sual verib:
“ Guya sənin atan prezident İlham Əliyevi bizdən çox istəyir?! Sənin atan vaxtı ilə Əli İnsanovun və Misir Mərdanovun yanından əl çəkmirdi,indi guya onun bu dövlətə və dövlət başçısına sevgisi,istəyi bizdən çoxdur?!”
Məlumat üçün bildirək ki, Tapdıq Əmiraslanov deputat Əhliman Əmiraslanovun kiçik,istəkli və “ağıllı” oğludur.
Qeyd edək ki,Əhliman Əmiraslanovun bir neçə arzusu ürəyində qalıb.
Xatırladaq ki,böyük oğlu alim Azər Əmiraslanovun təcili ölkəni tərk edərək Türkiyəyə köçməyə məcbur olması barədə ölkə mətbuatı çox yazıb.
Əldə etdiyimiz məlumata görə Əhliman Əmiraslanovun arzularından biri böyük oğlu Azər Əmiraslanovun deputat kürsüsündə onu əvəzləməsi,digər arzusu isə özünün Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində qalması olub.
Ancaq onun bu arzuları həyata keçməyib. Hətta Azər Əmiraslanovun çoxsaylı qanunsuz əməllərindən keçmiş nəqliyyat naziri Ziya Məmmədovun müavini Arif Əsgərovun baldızı və Azər Əmiraslanovun dayısı oğlu Vüqar Bağırov prezidentə şikayət etmişdilər. Və bu haqda ölkə mətbuatında bir çox yazılara rast gəlmək olar.
“Bakı şəhər sakini Vüqar Bağırov Prezident İlham Əliyevə müraciət edərək bildirir ki, şəriki olduğu şəxsdən 3 milyon 500 min dollarını ala bilmədiyi üçün yaxın qohumu Azər Əmiraslanovla məsləhətləşir. Və Azər Əmiraslanov deyir ki, heç hara müraciət etmə, mən pulunu qaytaracam.
Həqiqətən də bir müddət sonra Azər Əmiraslanov qohumunun pulunu geri ala bilir. Ancaq 2 milyon qohumuna versə də, 1 milyon 534 min dolları özü mənimsəyir. Və şikayətçi öz pulunu Azər Əmiraslanovdan tələb edir..
Birincisi, Azər Əmiraslanov niyə qohumuna hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət bilmir..?
Məgər Azər Əmiraslanov avtoritetdir, nədir ki, milyonlarla pulun “razborka”sına gedir..?
İkincisi, pulu geri ala bilibsə, niyə pulun az qala 50 faizini mənimsəyir..?
Vüqar Bağırov ölkə başçısına müraciətində bildirib ki, Azər Əmiraslanov onu tutduracağı ilə hədələyir.
Yəni söhbət deputat-rektor oğlunun “əliuzun”luğundan gedir. Deputat oğlu nə qədər özünə, daha doğrusu atasına arxayındırsa, vətəndaşın pulunu mənimsəməyi bir yana, hətta ona hədə-qorxu gəlir, özünü və ailəsini təhdid edir, onu həbs etdirəcəyi ilə qorxudur.
Adamın atası deputat, qardaşı nazir müavini olanda adamın gözü ayağının altını görməz..?
Heç ən biabırçı sələmçilər belə hərəkət etmir..
Bəlkə,elə atasının Azərbaycan Tibb Universitetinin rektoru olduğu dövrdə oranı bitirən Azər Əmiraslanov atası ilə birgə deputat seçilib?
Bəlkə, deputatlıq sizin ailəyə icarəyə verilib, cənab professor Azər Əmiraslanov..?
Bəli, professor… Bu əməllərin sahibi professordur…
Görəsən, hansı normal cəmiyyətdə professor pul “razborka”sında iştirak edir..? Hansı özünə hörmət qoyan professor ona aid olmayan “deputat avtomobili”ndə gəzmək istəyər..?
Bütün bunlar Azər Əmiraslanovun əməllərinin bir hissəsidir”,-mətbuatda dərc olanun çoxsaylı yazıların birində deyilir.
Yerli mətbuatın yazdığına görə Azər Əmiraslanov 13 dəfə şəxsiyyət vəsiqəsini dəyişib:
“İndi isə məlum olub ki, Azər Əmiraslanov şəxsiyyət vəsiqəsi həvəskarıdır. Professorun belə bir hobbisi də varmış.
Bəli, Azər Əmiraslanov düz 13 dəfə şəxsiyyət vəsiqəsini dəyişib. Görəsən niyə, nə məqsədlə..? Qoy bunu hüquq-mühafizə orqanları araşdırsın. Əlbəttə, hər bir vətəndaşın nəinki itmiş sənədini, pasportunu, şəxsiyyət vəsiqəsini dəyişdirmək hüququ var. Hətta yaşla da bağlı 15-20 ildən bir qanunla şəxsiyyət vəsiqəsi dəyişməlidir.
Biz hətta vətəndaşların adını, soyadını dəyişməsini də normal qəbul edirik. Belə hallar çoxdur. Vətəndaş müəyyən yaşa çatandan sonra adı xoşuna gəlmir və müvafiq orqanlara ərizə ilə müracit edərək adını dəyişdirir. Amma belə hal insan ömründə bir dəfə, iki dəfə, lap üç dəfə ola bilər. Sonra adamın öz həqiqi adı öz yadından çıxar və qohum-əqrəbadan soruşar ki…Mənim adım nədir..?
Ümumiyyətlə, siz kimsiniz, cənab professor..? Avtoritet, sələmçi, nömrə həvəskarı, “pasportstol”, yoxsa..?”
Digər bir yazıda isə bildirilir ki, LEGİON-a daxil olan məlumata görə deputat oğlu atasının da üzv olduğu parlamentin maşın qarajına məxsus dövlət avtomobil nömrəsini “özəlləşdirib”:
“Bu bilirsniz nəyə oxşayır..? Polis əməkdaşının oğlu atasına məxsus tabel silahını belinə bağlayıb toyda-zadda şellənir, hərdən havaya atəş açır, kiməsə hədə-qorxu gəlir…
Bəli, Azər Əmiraslanov Milli Məclisə məxsus dövlət avtomobil nömrəsini neçə ildir özü üçün istifadə edir.
Ə.Əmiraslanov deputat olaraq Milli Məclisin avtomobil qarajına məxsus avtomobillərin bir neçə dövlət qeydiyyat nömrələrini mənimsəyib Məsələn ,Milli Məclisə məxsus 10 AA 439 nömrəsi ilk dəfə ( istehsal ili ) buraxış ili 1991- ci il, ağ rəngli Qaz 2411 markalı avtomaşında olub və 25.04.1996- cı ildə istifadəyə verilib.
Sonra 10 AA 439 nömrəsi Milli Məclisə məxsus olaraq 6 dəfə Milli Məclisin balansında olan avtomobillərə verilib.
Ancaq sonuncu yəni 7- ci dəfə Milli Məclisin balansından çıxarılan 10 AA 439 dövlət nömrəsi Azər Əmiraslanova məxsus “Azər Türk Med” MMC-in balansına verilib.
Və “Azər Türk Med” MMC-nin balansında 2008-ci buraxılış ili olan Mercedes S 350 L qara metal avtomobilə 10 AA 439 nömrəsi 17.04.2013 -cü ildə rəsmiləşdirilib”.
Bütün bu faktlar mətbuatda işıqlanandan sonra Azər Əmiraslanov təcili ölkəni tərk etməyə məcbur olub.
Əldə etdiyimiz məlumata görə atası Əhliman Əmiraslanov 20 il ərzində tutduğu postların imkanlarından yararlanaraq qazandığı milyardları indi oğlu Azər Əmiraslanovun vasitəsi ilə ölkədən xaricə çıxardaraq Türkiyədə böyük biznes şəbəkəsi yaratmağa müvəffəq olub.
Azər Əmiraslanova Türkiyədə məskunlaşıb özünə iş qurmağa dostu, keçmiş nazir,mərhum Natiq Əliyevin oğlu Fərhad Əliyev köməklik edib.
Xatırladaq ki, Fərhad Əliyev özü də bir neçə il əvvəl atası, Azərbaycanın energetika naziri Natiq Əliyevin sayəsində özünə Türkiyədə böyük biznes qurub və ailəsi ilə orada yaşayır.
Mənbənin verdiyi məlumata görə Əhliman Əmiraslanovun planı qanunsuz yollarla əldə etdiyi milyardları ölkədən çıxardandan sonra 2020 -ci ildə keçiriləcək parlament seçkilərinə qatılmayaraq sakitcə ölkəni tərk edib oğlunun yanına -Türkiyə dövlətinə köçməkdir.
Ancaq Əhliman Əmiraslanov çox güman unutmayıb ki, onun bu hiyləgər planından bir çox nazirlərin və hətta ölkənin hüquq mühafizə orqanlarının xəbəri var.
Dövlət başçımız isə dəfələrlə öz çıxışlarında iş adamlarını xaricdən ölkəyə investisiya yatırtmağa çağırıb. Ancaq Əmiraslanovlar ailəsi ,əksinə ölkədən 20 il ərzində taladıqları milyardları başqa ölkəyə aparıb yatıraraq öz vətənlərindən uzaq durmaq niyyətindədilər.

Araşdırmamız davam edir, bizi izləyin.

365İNFO.AZ
KƏMALƏDDİN HEYDƏROV İCLASDA MÜAVİNİ TAPDIQ ƏMİRASLANOVA TƏPİNDİ – ŞOK
KƏMALƏDDİN HEYDƏROV İCLASDA MÜAVİNİ TAPDIQ ƏMİRASLANOVA TƏPİNDİ – ŞOK
KƏMALƏDDİN HEYDƏROV İCLASDA MÜAVİNİ TAPDIQ ƏMİRASLANOVA TƏPİNDİ – ŞOK
KƏMALƏDDİN HEYDƏROV İCLASDA MÜAVİNİ TAPDIQ ƏMİRASLANOVA TƏPİNDİ – ŞOK
KƏMALƏDDİN HEYDƏROV İCLASDA MÜAVİNİ TAPDIQ ƏMİRASLANOVA TƏPİNDİ – ŞOK
KƏMALƏDDİN HEYDƏROV İCLASDA MÜAVİNİ TAPDIQ ƏMİRASLANOVA TƏPİNDİ – ŞOK
Geri qayıt