Ramil Usubovla görüşmək istəyənlərin NƏZƏRİNƏ

Ramil Usubovla görüşmək istəyənlərin NƏZƏRİNƏ Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci il noyabr ayının 25-də saat 10:00-da Sumqayıt Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Geri qayıt