Müsavatın Şirvan təşkilatı tədbir keçirdi

Müsavatın Şirvan təşkilatı tədbir keçirdi 05 noyabr 2017-ci il tarixində Müsavat Partiyası Şirvan Şəhər təşkilat şurasının tam tərkibdə iclası keçirilmişdi. İclasda təşkilat sədri, müavinlər və təşkilatın nəzarət təftiş komissiyasının sədri iştirak etmişdir. Ölkə daxili və xarıcı siyasi proseslərin müzakirəsi aparılan iclasda mövzu ilə əlaqəli Müsavat Partiyası Şirvan Şəhər təşkilatı sədri Əkilram Xurşidov, sədrin müavinləri İlqar Babayev, Abduləli Nəzirov, Bayraməli Abdullayev, şura üzvü Saday Hacılı çıxış etdilər.
Çıxış zamanı Müsavat Partiyasının 03 noyabr 2017-ci il tarixli Bakı Şəhər İH önündə keçirdiyi aksiyaya xüsusi qiymət verildi və yüksək səviyyədə bəyənildi. Şura iclasında müzakirə edilən ikinci məsələ təşkilat daxili məsələlər aid oldu. Təşkilat daxili məsələlərdə təşkilata üzv olmaq istəyənlər haqda müraciətlərə baxıldı. Sonda cari məsələlər müzakirə edildi. Cari məsələlərin müzakirəsi zamanı çıxış edənlərin yekun ümumi qərari ilə Müsavat Partiyasının Şirvan Şəhər təşkilatının aylıq fəaliyyəti qənaətbəxş hesab edildi.
Müsavatın Şirvan təşkilatı tədbir keçirdi
Müsavatın Şirvan təşkilatı tədbir keçirdi
Geri qayıt