Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı

Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı Sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudov Baş Prokurorluğa çağırılıb.
Bu barədə virtualaz.org sayt məlumat yayıb. Hələ ki, Baş Prokurorluğa nə səbəbə çağırılması açıqlanmayıb.

Qeyd edək ki, dünən Eldar Mahmudovun əmisi oğlu, eyni zamanda köməkçisi Vüqar Mahmudovun həbsi ilə bağlı məlumat yayılıb.

***

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a açıqlamasında bildirib ki, Eldar Mahmudov əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə dindirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.
Geri qayıt